Haval H9 modelinin birinci nəsli artıq on ildir ki, istehsal olunur. Lakin Çin istehsalçısı yalnız indi ofrouderi yeniləmək qərarına gəlib və aprelin 25-də işinə başlamış Pekin avtosalununu H9 modelinin ikinci nəslini təqdim edib.
Zahiri cəhətdən yeni Haval H9 tam olaraq Haval Raptor krossoverinə bənzəyir. H9 və Raptor oxşar formalara, nisbətlərə və hətta dekorativ həllərə malikdirlər. H9 modelini iki xarakterik detal sayəsində ayırd etmək olar: onun radiator barmaqlığında dörd qoşa çubuq (Raptor modelində - üç), qapı kandarlarda isə, hamar örtmə (Raptor çıxıntılı naxış var) peyda olub.
Bununla belə, konstruktiv olaraq, bu iki modelin ortaq heç nəyi yoxdur. Əgər Raptor aparıcı kuzovu, müstəqil asqısı, eninə yerləşən mühərriki və hibrid güc qurğusu olan krossoverdirsə, Haval H9 sələfinin formatını qoruyub saxlayıb. O, daşıyıcı çərçivəyə, uzununa yerləşən mühərrikə və arxada bütöv körpüyə malikdir. Üstəlik, H9 ofrouderinin elektrik üstqurumu yoxdur.
Yeni Haval H9 nəzərəçarpacaq dərəcədə böyüyüb: onun uzunluğu 107 millimetr (4950 millimetr), eni - 50 millimetr (1976 millimetr), hündürlüyü isə, 30 millimetr (1930 millimetr) artıb. Təkər bazası da 50 millimetr artırılaraq 2850 millimetr olub.
Yəni ölçülərinə görə, yeni Haval H9 ofrouderi Tank 500 modeli ilə demək olar ki, eynidir.Ofroud xüsusiyyətləri də nəzərəçarpacaq dərəcədə yaxşılşdırılıb: klirens 206-dan 224 millimetrə, giriş bucağı 28-dən 31-ə, eniş bucağı isə, 23-dən 25 dərəcəyə yüksəldilib. Təkər disklərinin ölçücü 17-19 düym arasında dəyişir.
Əgər Tank ofrouderlərində imic səbəbiylə yalnız benzin mühərrikləri quraşdırılsa, Haval H9 benzin və dizel mühərrikləri arasında seçim imkanı saxlayır. 2,0-litrlik “turbodördlük” (224 at qüvvəsi) əvvəlkidir və səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.
Lakin turbodizel yenidir - əvvəlki 2,0-litrlik aqreqat 2,4-litrlik (186 at qüvvəsi) ilə əvəzlənib. Turbodizel doqquz pilləli avtomatik transmissiya ilə təchiz edilir. İstənilən halda, Haval H9 ön oxda muftası (torque-on-demand), azaldıcı cərgəsi və iki otəkərlərarası kilidi (ön və arxa) olan tam ötürməni alacaq.
Nəhayət, Tank ofrouderindən əsas fərqlərdən biri daha sadə interyerdir: Haval H9 ofrouderinin interyer tərtibatında ucuz plastik və süni dəridən istifadə edilir. Buna baxmayaraq, ön panelin arxitekturası zamanın ruhundadır: burada günəşliksiz (12,3 düym) cihazlar paneli və media sisteminin böyük “televizoru” (14,6 düym) var.
Dairəvi müşahidə kameraları, qızdırılma, havalandırma və masaj funksiyası olan ön öturacaqlar var. Baqajın həcmi 791 - 1814 litr arasında dəyişir, üçüncü oturacaq cərgəsi əlavə ödəniş müqabilində quraşdırılır.
Çində ikinci nəsil Haval H9 ofrouderinin istehsalına bu ay başlanmalıdır. Ofrouderin qiyməti hətta yerli bazarda belə açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.