Bu ilin mart ayında 2016-cı ildən istehsal edilən Hyundai i30 ailəsi ikinci planlaşdırılmış yenilənmədən keçib. İndi isə, növbə “qaynar” Hyundai i30N hetçbekinə gəlib çatıb.

Dizaynerlər hava girişlərinin formasına yenidən baxaraq və onlara qırmızı vurğular əlavə edərək, ön bamperdə müəyyən dəyişikliklər ediblər. Eyni vurğular kandarlarda da peyda olub. Radiator barmaqlığı və hava kanallarının pətək formalı quruluşu yenidən işlənib, tutqun qara rəngə boyanmış firma emblemi  artıq ikiölçülü tərtibata malikdir. Restylinqdən əvvəlki i30 N modelindən əsas fərq - yeni 19-düymlük döymə təkər diskləridir.

İnteryer də kiçik modernləşdirməyə məruz qalıb. Əvvəllər “qaynar” hetçbekdə analoq cihazlar paneli olsa da, indi 10,25-düymlük virtual cihazlar paneli quraşdırılıb. Parça, dəri və alkantara ilə üzlənmiş opsional “çalovlar” da təkmilləşdirilib.

Mərkəzi tuneldəki parlaq plastikin sayı çoxalıb, firma qırmızı N Grin Shift düyməsi (overboost rejiminin aktivləşdirilməsi) sükan çarxına keçib. Mülki həmkarları kimi, hot-hetç də avtomatik əyləcləmə və zolaq saxlama sistemlərini, sürət məhdudlaşdırıcısını və qapıların açılması siqnalını alıb, lakin adaptiv kruiz-kontrol əlavə ödəniş tələb edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında heç bir dəyişiklik baş verməyib. 2,0-litrlik turbomühərrik 280 at qüvvəsi və 392 Nm hasil edir. Güc qurğusu iki yaş muftası olan səkkiz pilləli N DCT avtomatik transmissiya ilə birləşdirilə bilər, lakin altı pilləli mexaniki transmissiya da çeşiddı qalır. Onunla yenilənmədən əvvəlki Hyundai i30 N Performance hetçbeki 100 km/saat həddinə 5,9 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb.

Yenilənmiş Hyundai i30 N modelinə sifarişlərin qəbuluna yaxın aylarda başlanacaq, qiymət də həmin zaman açıqlanacaq. Hazırda Almaniyada hot-hetçin qiyməti 33 650 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.