Üç cərgəli Hyundai Palisade krossoveri 2018-ci ildən istehsal olunur, lakin alıcıların ona olan marağında azalma müşahidə edilmir. Əksinə, 2023-cü ildə dünya üzrə satış rekordu qeydə alınıb: 166 min avtomobil! Onlardan təxminən 90 mini ABŞ-da satılıb. Bununla belə, Palisade modeli yerini növbəti, ikinci nəsilə verməyə hazırlaşır.

Yeni Hyundai Palisade sələfindən daha brutaldır. Belə bir obrazın yaradılmasına şaquli işıqlandırma texnikası xidmət edir. Damın ön sütunları qara rəngə boyanıblar, yan tərəflər isə, təkər tağlarının üstündəki ştamplamalar və gümüş moldinqlərlə seçilir. Təbii tutuşlu adi qapı tutacaqları da saxlanılıb. Krossover üçün dörd yeni kuzov rəngi hazırlanıb və ümumilikdə səkkiz rəng təklif olunur. Təkər disklərinin maksimum diametri 21 düymdür.

Hyundai hələlik yeni modelin ümumi ölçülərini açıqlamayıb, lakin əhəmiyyətli dərəcədə artırılmış təkər bazasını və arxa kuzov çıxışını vəd edib (ön çıxış, əksinə, qısaldılıb). Bu, nəinki krossoverin nisbətlərini yaxşılaşdırıb, həm də salonu və baqajını daha geniş edib.

Salon əvvəlki modeldəki kimi səkkiz deyil, doqquz nəfərlikdir! Əlavə oturacaq birinci sırada təşkil edilib. Qatlanan mərkəzi dirsəkaltı birinci sırada üçüncü sərnişinə oturmağa imkan verir. 

Düzdür, bu mərkəzi yer sırf nominaldır: o, Palisade modelini "avtobus" kateqoriyasına dürtmək üçün lazımdır. Bu kateqoriya Cənubi Koreyada korporativ parklar üçün əhəmiyyətli vergi güzəştləri və çıxılmalar vəd edir.

Adi variantlar da çeşiddə qalacaqlar: ikinci sıra ayrıca kreslolar və ya divanla təchiz oluna bilər, üçüncü sırada isə, 60:40 nisbətində qatlana bilən üç nəfərlik “skamya” var.

Ön panelin arxitekturası arasında cihazlar paneli və media sisteminin ekranları (hər biri 12,3 düym) birləşdirən tək blok yerləşən iki mərtəbədən ibarətdir. Bununla belə, yeni Hyundai Palisade sahibini mərkəzi konsoldakı çoxlu sayda fiziki düymələr və açarlarla sevindirəcək.

Əslində, heç bir mərkəzi tunel yoxdur və yuxarıda qeyd olunan qatlanan dirsəkaltında 100 Vata qədər gücə malik olan USB konnektorları, simsiz doldurma paneli, stəkan tutacaqları və kiçik əşyalar üçün ikitaylı qapağı olan bölmə var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlk nümayiş zamanı Hyundai yeni krossoverin texniki xüsusiyyətlərini açıqlamayıb.  Palisade modelinin köndələn yerləşən mühərriki olan indiki platformanı saxlayacağı dəqiqdir. Kapotun altında çox güman ki, artıq digər modellərdən tanış olan 281 at qüvvəli 2,5-litrlik dördsilindrli turbomühərrik duracaq.

İkinci nəsil Hyundai Palisade krossoverinin tam ölçülü premyerası yaxın aylarda baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.