Bu model üzərində çalışmalar çoxdan başlayıb: Polestar Precept konsepti 2020-ci ilin əvvəlində debüt edib, seriya avtomobilinin ilk şəkli isə, 2021-ci ilin payızında dərc olunub. O vaxt Geely holdinqi Polestar 5 modelini 2024-cü ilin əvvəlində konveyerə göndərməyi planlaşdırırdı, lakin bir sıra modellərin buraxılmasındakı gecikmələr Polestar 5 modelinin debütünün təxirə salınmasına gətirib çıxarıb.

Seriya avtomobili yalnız indi, Münxendə işinə başlamış IAA Mobility avtosalonunda təqdim edilib. Seriya avtomobilləri 2026-cı ildə satış debütü etməlidir. Bununla belə, elektromobil çox maraqlı alınıb!

Polestar 5 modeli Porsche Taycan və ya Tesla Model S elektrokarlarına rəqib olacaq beş metrlik axarlı sedandır. Onun hündürlüyü elektromobil standartlarına görə təvazökar 1420 millimetrdir, yaxşı işlənmiş aerodinamika isə, əlavə spoylerlər olmadan keçinməyə imkan verib: Cd əmsalı 0,24-dür. Təkər disklərinin ölçüsü 20 və ya 22 düymlük ola bilər.

Sedanın arxa pəncərəsi yoxdur: uzunluğu iki metrdən çox olan standart panoram dam arxa sərnişinlərin başlarının arxasında bitir, ondan sonra isə, ayrıca baqaj bölməsinin böyük qapağı yerləşir. 

Baqaj bölməsinin həcmi 365 litrdir (üstəgəl döşəmə altındakı geniş boşluq), həmçinin ön tərəfdə 62 litrlik bölmə nəzərdə tutulub. Salon güzgüsünün əvəzinə arxa kameradan görüntünü daim yayımlayan displey quraşdırılıb. Yan güzgülər isə, ənənəvidirlər.

Salonun 4+1 eniş düsturuna malikdir: dördzonalı klimat-kontrol və digər xidməti funksiyalarının idarə edilməsini özündə cəmləşdirən arxa mərkəzi dirsəkaltı ortada sərnişin yerləşdirmək üçün arxaya doğru qatlana bilər. 

Dörd əsas oturacaq Recaro şirkətinin iştirakı ilə hazırlanıb və standart olaraq isitmə, havalandırma və masaj funksiyası ilə təchiz edilib. İkinci cərgənin arxa dayaqları elektrik ötürməsinin köməyi ilə arxaya qatlana bilərlər.

Salonun tərtibatında mümkün qədər təkrar emal edilmiş materiallardan və ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış kompozitlərdən istifadə olunur, lakin nappa dərisi də bəyan edilib. 

Cihazlar panelinin doqquz düymlük ekranı sükan sütununa quraşdırılıb və onunla birlikdə tənzimlənir, üstəlik, proyeksiya displeyi də var. Media sistemi 14,5 düymlük mərkəzi ekrana və Android Automotive ƏS əməliyyat sisteminə malikdir. On dinamikli baza audio sisteminin əvəzinə Bowers & Wilkins akustikasını (21 dinamik, 1680 vatt) sifariş etmək olar.

Polestar 5 ayrıca PPA (Polestar Performance Architecture) alüminium platformasının üzərində qurulub, lakin o, Geely holdinqinin SEA arxitekturası ilə unifikasiya edilib. Kuzov tamamilə alüminiumdandır, yaylı asma – öndə ikiqat köndələn qollu, arxada isə, çoxqolludur. 

Ön oxda dördporşenli mexanizmləri olan Brembo əyləcləri standart avadanlıqdır. İkinci səviyyəli kvazi-avtopilot da təmin edilir, lakin lidar onun tərkibinə daxil deyil: yalnız bir ön radar, üstəgəl on bir kamera və on iki ultrasəs sensoru var.

Seçmək üçün iki modifikasiya var, lakin onların hər ikisi də ikimühərrikli tam ötürməyə malikdirlər, arxa oxda isə, tərkibində sanballı elektrik mühərriki (612 at qüvvəsi, 660 Nm), iki pilləli reduktor və iki bort muftası olan firma PX2 modulu quraşdırılır. 

Muftalar güc vektorunu idarə etməyə və ya elektrik enerjisinə qənaət etmək eyni zamanda açılmağa imkan verir. Yəni, kreyser rejimində Polestar 5 ön ötürməli olur!

Dual Motor baza versiyası 748 at qüvvəsi və 812 Nm-ə malikdir. Belə sedanın 100 km/saata  sürətlənməsi 3,9 saniyə çəkir. Polestar 5 Performance 884 at qüvvəsi və 1015 Nm-ə malikdir və 100 km/saata 3,2 saniyəyə sürətlənir. Üstəlik, belə versiyada standart passiv amortizatorların əvəzinə adaptiv amortizatorlar quraşdırılır. Hər iki modifikasiyanın maksimal sürəti 250 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki versiyanın dartma batareyası da eynidir - 112 kilovat/saat tutumlu 800 voltluq litium-ion (onlardan 106 kilovat/saatı əlçatandır). Batareyalar SK On tərəfindən tədarük edilir. SC şarjın gücü 350 kilovatdır. Doldu batareya ilə Dual Motor versiyası 670,  Performance versiyası isə, 565 kilometr (WLTP dövrünə görə) qət edə bilər.

Artıq Avropada Polestar 5 sedanlarına sifarişlər qəbul edilir. Baza versiyasının qiyməti 120 min avro, Performance modifikasiyasının isə, 143 min avrodur. Çin istehsalı olan əmtəə avtomobillərinin çatdırılmalarına gələn il başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.