Orta ölçülü Chery Tiggo 8 krossoveri 2018-ci ildə debüt edib və o vaxtdan bəri saysız-hesabsız təkmilləşdirmələrdən keçib. Onun eksteryeri, interyeri və texniki hissəsi yenilənib, lakin kuzovun güc strukturu dəyişməz qalıb. Yalnız indi Chery şirkəti həqiqətən fərqli "səkkizin" şəkillərini yayımlayıb.

Lepas L8

Əslində belə bir krossover əvvəllər də görünüb! Hələ bu ilin yazında Chery ixracata yönəlmiş yeni Lepas brendini təqdim edib. Onun ilk modeli Lepas L8 olub və indi o, Çinin daxili bazarı üçün yeni nəsil Chery Tiggo 8 krossoverinə çevrilib. Yenilik iki variantda göstərilib, onlardan biri (pişik gözü formasında gündüz hərəkət işıqları ilə) Lepas markası ilə buraxılan krossoverlə eynidir. Belə Tiggo 8 ikimərtəbəli ön optikaya və daha aqressiv görünüşə malikdir.

Cherry Tiggo 8

İkinci versiyada böyük blokdakı bütöv fənərlərə və fərqli ön paneli olan daha ənənəvi “üzə” malikdir. Arxa bamperdəki yalançı çıxış boruları da fərqlənirlər. Qalan halda, hər iki versiya eynidir. Hazırkı Tiggo 8 modelindən əsas fərq təkər bazasının 2710-dan 2825 millimetrə qədər artırılmasıdır. Yeni krossoverin uzunluğu 4749, eni 1880, hündürlüyü isə, 1710 millimetrdir. Yeni dizayna malik olan 19 düymlük təkər diskləri də quraşdırılır.

Lepas L8

Yeni krossoverin interyeri hələlik rəsmi olaraq açıqlanmayıb, lakin Çin jurnalistləri sınaq prototiplərin birində onun şəklini çəkməyə müvəffəq olublar. Ümumiyyətlə, yeni Chery Tiggo 8 krossoverinin interyeri Lepas L8 modelinin interyeri ilə eynidir. Əsas fərq media sisteminin şaquli ekranını əvəzləmiş üfüqi planşeti olan yenidən işlənmiş mərkəzi konsoludur. Mərkəz tunelə böyük simsiz doldurma meydançası əlavə edilib, onun yanında isə, havalandırma sisteminin əlavə deflektorları var.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni Chery Tiggo 8 modelinin texniki hissəsi haqqında hələlik heç bir məlumat yoxdur, lakin onun 1,5, 1,6 və 2,0 litrlik turbomühərrikləri daxil olan güc aqreqatları çeşidindən köklü şəkildə fərqlənəcəyi ehtimalı azdır. Yeni nəsil krossover haqqında ətraflı məlumat çox yaxında açıqlanacaq, çünki tam təqdimat bu ilin dördüncü rübündə planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.