“İlin avtomobili” (Car of the Year 2025, COTY) müsabiqəsinin təşkilatçıları finala çıxmış yeddi modelin adını açıqlayıb. Müsabiqənin qalibi 10 yanvar 2025-ci il tarixində Beynəlxalq Brüssel Avtomobil Sərgisində elan ediləcək. Qalan müddət ərzində münsiflər heyətinin üzvləri namizədlərin hamısını Belçikadakı poliqonda hərtərəfli sınaqdan keçirəcəklər.

“İlin avtomobili” adına namizədlər arasında ötən il təqdim olunan yeddi model var. Bunlar Alfa Romeo Junior (Milano), Citroen C3, Cupra Terramar, Dacia Duster, Hyundai Inster, Kia EV3 və Renault 5/Alpine A290-dır (bir model sayılır) modellərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 İndi münsiflər heyəti əlavə sınaqlar keçirməli və 25 xalı beş favorit arasında (hər avtomobil üçün maksimum 10 xal) paylamalı olacaqlar.

Ötən il Avropa COTY müsabiqəsinin qalibi elektrik güc aqreqatı ilə hərəkətə gələn Renault Scenic krossoveri olub. Yekun səsvermədə o, BMW 5 Series, BYD Seal, Kia EV9, Peugeot 3008, Toyota C-HR və Volvo EX30 modellərini üstələyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.