Gələcək Jaguar elektromobilinin konseptual versiyası dekabrın 2-də Miami Art Week festivalında nümayiş etdiriləcək. Bu arada JLR konserni sınaqdan keçirilən işçi prototipin şəkillərini dərc edib.
Avtomobil sıx kamuflyaj ilə örtülsə də,artıq onun qeyri-trivial nisbətlərini - nəhəng kapotu və qısa baqaj hissəsini görmək olar. Şirkət gələcək elektromobilin müxtəlif görünüşlərlə 17 maketinin hazırlandığını və sonda ən “coşqun” dizaynın seçildiyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.