Adətən avtomobil istehsalçısları yeni texnologiyaları ilk dəfə daha bahalı modellərdə tətbiq edirlər. Sonradan belə texnologiya yığcam və daha sərfəli qiymətə malik olan modellərdə də quraşdırılır. Lakin Audi şirkəti bu ənənəni pozaraq, ilk dəfə yeni texnologiyanı yığcam modeldə tətbiq edib.
Söhbət bir müddət bundan əvvəl debüt etmiş Audi Q3 krossoverindən gedir. Avtomobilin interyerinə diqqət yetirsək, onun yeni sükanaltı dəstəklərə, daha doğrusu bütöv bir sabit idarəetmə panelinə sahib oludğunu görə bilərik. Doğrudur, bu panel ictimayyət tərəfindən birmənalı qarşılanmayıb və artıq onun effektivliyi barədə mübahisələr də yaranıb.

Ən maraqlı yenilik şüşəsilənlərin idarəetməsinin sağ tərəfdən sol tərəfə keçirilməsidir və onların idarəsi iki düyməyə və bir fırlanan dəstəyə həvalə olunub. Dönmə işıqlarının və faraların da idarəsinə sol tərəfdəki panel cavabdehdir.
Məsələn, şüşəsiləni aktivlərşdirmək üçün panelin sol ucundakı düyməyə bir dəfə basmaq kifayətdir, su çilənməsinə ehtiyac olduqda isə, düymə daha uzun basılmalıdır. Fırlanan dəstək isə, şüşəsilənin işləmə intensivliyini tənzimləyir.
Arxa şüşəsilən isə, sol tərəfdəki ayrıca düymə ilə idarə olunur. Dönmə işıqları əvvəlki kimi yuxarı-aşağı hərəkətlə ilə idarə olunur, lakin bu dəfə bütöv qol deyil, yalnız onun ucluğu yer dəyişir. Elə həmin ucluq da yaxın-uzaq işıqlara cavabdehdir: işləmə alqoritmi də eynidir - onu özünüzə tərəfə çəkdikdə uzaq işıqlar işə düşür.
Bütün bunların səbəbi nədir? Şüşəsilənin sol tərəfə keçirilməsi ilə, sol tərəfdə trasnmissiyanın selektoru üçün yer boşalıb və mübafiq olaraq, bu, mərkəzi konsolu boşatmağa imkan verib. Burada iki fincan tutacağı, altında iki USB-C portu, 15 vatt gücündə soyudulan simsiz doldurma meydançası yerləşən və sürüşərək açılan qapağı olan bölmə var.

Çox güman ki, avtomobil sahiblərinin belə idarəetmə panelinə alışması üçün müəyyən vaxt tələb olunacaq. Yenilik intuitiv görünməsə də, sürücülərin onu tez bir zamanda mənimsəyəcəyi də istisna olunmur. Audi nümayəndələri bu yeniliyin dəyişiklik xatirinə olmadığını təkid edirlər, amma yenə də sual yaranır: on illiklər ərizndə mövcud olan və insanların şikayətlənmədiyi adi dəstəklərin günahı nədir?
Görünən odur ki, yenilik digər Audi avtomobillərində də tətbiq ediləcək, çünki sırf bir model üçün belə bir sistemin hazırlanması iqtisadi cəhətdən səmərəli deyil. Audi üçün idarəetməni bir yerdə toplamaq yeni olsa da, əslində bu bir ilk deyil, artıq Fiat şirkətindən tutmuş Mercedes-Benz şirkətinə qədər bunu əvvəllər həyata keçiriblər. Audi isə, bu texnologiyanı təkmilləşdirməyin vaxtının gəlib çatdığını bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.