Wagoneer S Trailhawk konsepti artırılmış klirensi, arxa kilidi və qayalığa dırmanmaq üçün nəzərdə tutulmuş yeni Rock hərəkət rejimi ilə seçilir. Ofrouder həmçinin yükün bərkidilməsi üçün modul sistemi, panoram dam və gücləndirilmiş yedək qarmaqları ilə təchiz olunub. Konseptin seriya perspektivləri hələlik qeyri-müəyyəndir. Bununla belə, STLA Large platforması əsaslı dəyişikliklər etmədən belə bir ofrouderi buraxmağa imkan verir.
Yeni Jeep Wagoneer S əsl ofrouderə bənzəməsə də, Wagoneer S Trailhawk konsepti onun belə bir avtomobilə çevrilməsi imkanının olduğuna işarə edir. Ofrouderin klirensi artıb, qayalıqda hərəkət üçün yeni Rock rejimini, arxa oxun elektron kilidini və xarici diametri 31,5 düym olan təkərləri alıb. Əgər bu kifayət deyilsə, sırf ofroud atributları da var - kapotdakı bərq vurmayan stikerdən tutmuş gücləndirilmiş yedək qarmaqlarına qədər.
Bundan əlavə, Wagoneer S Trailhawk iki seqmentli panoram dama, çadır və ya yük qutusunun quraşdırılması üçün köndələn tirlərə malikdir. Ön bamperin kənarlarına funksional hava girişləri quraşdırılıb. Salon Mantis Green sintetik materialı və təbii daşla işlənmiş interyerdə müxtəlif qadcetlər və aksessuarlar üçün quraşdırılmış bərkitmə nöqtələri olan tutacaq var. Bonus olaraq, simsiz enerji doldurma və yükün qeyda alınması üçün elastik qayışlardan ibarət modul bərkitmə sistemi təklif edilir.
Güc qurğusu seriya Wagoneer S modeli ilə eynidir. İki elektrik mühərriki 608 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Batareyanın tutumu 100 kilovat-saatdır, lakin yeni təkərlər və əlavə aksessuarlar sayəsində konseptin mənzili daha az ola bilər. Adi elektromobil 483 kilometr qət edə bilər. Auto, Sport, Eco, Snow və Sand rejimləri olan Selec-Terrain dartmaya nəzarət sistemi də saxlanılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.