Jeep şirkətinin daxil olduğu Stellantis konserni üçüncü nəsil Compass modelinin yeni şəkillərini yayımlayıb. Yığcam krossover “təzə” görünüşə sahib olacaq, müxtəlif elektrikləşmə dərəcəsində malik olan bir neçə güc aqreqatını alacaq və ilk dəfə bu yazda Avropada debüt edəcək. Yenilik Şimali Amerikada 2026-cı ildə təqdim edilməlidir, çünki Jeep bu bazardakı “yaşıllaşdırma” planlarını yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Compass demək olar ki, son 10 ildə ilk dəfə nəsil dəyişəcək: “ikinci” krossover 2016-cı ildə debüt edib və 2021-ci ildə yenilənib. Tizerdən göründüyü kimi, model yeddi kəsikli firma radiator barmaqlığını qoruyub saxlayacaq.

O, Jeep Recon modelindəkini xatırladan kvadrat formalı faraları və mürəkkəb naxışlı arxa LED fənərləri əldə edəcək. Təqaüdə göndərilən modellə müqayisədə, yeni Compass profildən daha çox “monumentaldır” və daha qısa kuzov çıxışlarına malikdir.

Jeep Compass krossoveri Peugeot 3008/5008, Opel Grandland, DS 7 və görünüşü bu yaxınlarda patent şəkillərində açıqlanan növbəti nəsil Citroen C5 Aircross ilə eyni Stellantis STLA Medium platformasını bölüşəcək.

Image alt Image alt Image alt

Krossoverin mühərrik çeşidinə hər zövqə uyğun olan güc qurğuları daxil ediləcək: daxili yanma mühərrikləri və hibridlər ilə yanaşı, sırf elektrik mühərrikləri də mövcud olacaqlar. Bəzi versiyalarda tam ötürmə sistemi də əlçatan olacaq. Avropada tərkibinə 136 at qüvvəli benzin və 29 at qüvvəli elektrik mühərriki daxil olan mülayim hibrid qurğulu krossoverin təklif ediləcəyi gözlənilir.

Stellantis Compass modelinin “sinifində ən yaxşı məhsuldarlığa və ən müasir qabaqcıl texnologiyalara” malik olacağını vəd edir. Bu isə, ən qabaqcıl ADAS köməkçi sistemləri deməkdir. Krossover Avropada bu ilin ikinci yarısında satışa çıxacaq. Onun istehsalı İtaliyadakı Melfi zavodunda təşkil ediləcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.