Kia şirkəti EV2 elektrik krossoverinin konseptini ötən ilin fevral ayında təqdim edib, indi isə, Brüsseldə keçirilən avtosalonda Avropada Avropa bazarı üçün yaradılmış seriya versiyası nümayiş olunub.

Bu, şirkətin ən yığcam və ən ucuz elektromobilidir, lakin onun dizaynı daha böyük və daha bahalı Kia EV3 və EV5 krossoverlərindən ilhamlanıb. Kia EV2 modelinin uzunluğu 4060, eni – 1800, hündürlüyü - 1575, təkər bazası isə, 2565 millimetrdir: yeni model Avropa üçün nəzərdə tutulmuş EV3 modelindən 240 millimetr qısa, 50 millimetr ensiz və 15 millimetr hündürdür, təkər bazası isə, 115 millimetr qısadır. Təkər disklərinin diametri 16 ilə 18 düym arasında dəyişir (idman GT-Line tərtibatı üçün 19 düym).

Salon dörd və ya beş sərnişini yerləşdirə bilər. Ön paneldə üç displeydən ibarət olan vahid klaster var: 12,3 düymlük rəqəmsal cihaz paneli və məlumat-əyləncə sisteminin eyni ölçülü taçskrini, eləcə də 5,3 düymlük sensorlu bloku olan iqlimə nəzarət sistemi. Xüsusiyyətlərə “hava” üzərindən yenilənmələr, uzaqdan idarə olunan parklama sistemi, 360 dərəcəlik kameralar və bir çox sürücüyə yardım sistemləri daxildir. Arxa oturacaqların vəziyyətindən asılı olaraq, baqajın tutumu 362 ilə 403 litr arasında dəyişir, ikinci sıra qatlandıqda isə, bu tutum1201 litrə qədər artır. Ön bölmədə 15 litrlik baqaj bölməsi var.

E-GMP platforması markanın digər elektrik modellərindən götürülüb. 146 at qüvvəli mühərrik 42,2 kilovat/saatlıq batareya ilə birləşdirilib və WLTP standartına əsasən 317 kilometrə qədər gediş məsafəsini təmin edir. Daha uzun mənzilli versiyanın 61 kilovat/saatlıq batareyası 448 kilometrə qədər gediş məsafəsini təmin edir, lakin mühərriki daha zəifdir – 136 at qüvvəsi. 100 km/saata sürətlənmə müvafiq olaraq, 8,6 və 9,5 saniyə çəkir, maksimal sürət isə, 160 km/saatdır. 

Kia EV6 və EV9 modelləri 800 voltluq arxitekturaya malik olsalar da, EV2 daha təvazökar 400 voltluq platforma ilə EV3, EV4 və EV5 modellərini izləyir. Batareyanın tutumundan asılı olaraq 10%-dən 80%-ə qədər sürətli şarj 29 və ya 30 dəqiqə çəkir, bununla belə, dəyişən cərəyanlı 11 və 22 kilovatlıq şarj dəstəyi vəd edilir, V2L və V2G funksiyaları isə, avtomobilin xarici cihazları enerji ilə təmin etməsinə və enerjini şəbəkəyə qaytarmasına imkan verəcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia EV2 modelinin istehsalı EV4 modelinin buraxıldığı Slovakiyadakı zavodda təşkil ediləcək. Qiymət daha sonra açıqlanacaq: söhbət 30 min avrodan gedir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.