Bu gün Kia şirkətində böyük təqdimat günüdür: koreyalılar EV Day tədbiri çərçivəsində üç elektrik modelini nümayiş etdiriblər. Onlardan ikisi artıq seriya istehsalına hazırdır və onlar haqqında ayrıca məlumat verəcəyik. Üçüncü avtomobil isə, konsept statusunda debüt edib və bu yığcam Kia EV2 krossoveridir. O, şirkətin elektrik çeşidindəki ən yığcam model olacaq.

Konsept-kar statusu təkcə müxtəlif sərbəstlikləri, məsələn, mərkəzi dayağı olmayan kuzovu və gediş istiqamətinin əksinə açılan arxa qapıları nəzərdə tutmur, bu həm də texniki xüsusiyyətlərin açıqlanmaması deməkdir. Hətta avtomobilin ölçüləri də göstərilməyib. Yalnız Kia EV2 krossoverinin B-SUV sinifinə aid olduğu məlumdur: yəni, ölçü baxımından bu krossover uzunluğu 4300 millimetr olan Kia EV3 seriya krossoverindən nəzərəçarpacaq dərəcədə kiçikdir.

Konseptin eksteryeri firma Opposites United üslubunda işlənib, lakin tərtibatçılar əsas qürur mənbəyi onun interyeridir. Bu sinifin standartlarına görə, daxili məkan çox geniş olmalıdır. Konsept rəvan döşəməyə və ön oturacaqları əvəzləyən divana malikdir. O, sürüşmələrdə quraşdırılıb və arxa cərgəyə yaxın çəkilə bilər. Bundan başqa, onların yan tərəflərində piknik zamanı faydalı olacaq əlavə açılan bölmələr var.

Qapılardakı audio sisteminin dinamikləri çıxarılandırlar - işləmə prinsipi açıqlanmasa da (çox güman ki, Bluetooth) onları çıxarıb aparmaq və kənarda musiqi dinləmək olər. Piknikdə faydalı olacaq başqa bir funksiya, V2L protokolu vasitəsilə xarici enerji istehlakçılarını avtomobilə qoşmaq imkanıdır. Krossoverin E-GMP platformasının baza versiyasına əsaslanacağı məlumdur, lakin verilən texniki məlumat bununla bitir.
Kia EV2 krossoverinin seriya versiyası 2026-cı ildə işıq üzü görməlidir və onun əsas bazarı Avropa olacaq. İlkin məlumata görə, avtomobillər Slovakiyada istehsal olunacaq və modifikasiya çeşidinə təxminən 300 və 440 kilometr məsafə qət edən iki versiya daxil ediləcək. Başlanğıc qiymətinin 30 min avronu keçməyəcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.