Kapotsuz Kia Besta və Kia Pregio furqon və minivenini xatırlayırsınız? Bu ailənin istehsalına 2006-cı ildə son verilib və o vaxtda bəri Kia bu seqmentdə yalnız kiçik yük maşınları ilə çıxış edir. Amma indi koreyalılar yenidən orta ölçülü furqonlar və sərnişin minivenlərini buraxacaqlar. Özü də artıq dizel aqreqatı ilə deyil, sifr elektrik güc qurğusu ilə: çoxdan vəd edilmiş PBV (Purpose-Built Vehicle) çeşidini açan Kia PV5 ailəsi təqdim olunub.

Yarımkapotlu modelin şaquli gündüz hərəkət işıqları və bamperin aşağı hissəsində yerləşən faraları olan eksteryeri Opposites United firma dizayn üslubunda hazırlanıb. Yaxşı görünüşü ön qapıların aşağı şüşələnmə xətti təmin edir, rənglənməmiş plastikdən hazırlanmış iri kuzov dəsti isə, praktikliyi artırır. PV5 Passanger miniveninin arxa tərəfində yuxarı açılan qapı, PV5 Cargo furqonunda isə, klassik taybatay açılan qapılar var. Daha sonra, üçüncü tərəfin müxtəlif üstqurumlarını quraşdırmaq üçün nəzərdə tutulan kabinli Kia PV5 Chassis Cab şassi də təklif olunacaq.

PV5 Passanger miniveninin standart versiyası geniş transformasiya imkanları və çoxlu saxlama bölmələri olan üç sıralı interyerə malikdir. Minivenin uzunluğu 4695 millimetr, eni - 1895 millimetr, hündürlüyü isə, 1899 millimetrdir. Təkər bazasının ölçüsü 2995 millimetrdir. PV5 Crew versiyası iki cərgəli salona və yükün qabaqcıl bağlanması sistemi (adi furqonlar üçün əlavə ödəniş müqabilində təklif olunur) ilə təchiz edilmiş yük bölməsinə malikdir. 

Həmçinin, əlil arabalarındakı sərnişinləri onları müşayiət edən şəxslərlə birlikdə daşımaq nəzərdə tutulmuş PV5 WAV (Wheelchair Accessible Vehicle) modifikasiyası təqdim olunub. Bu məqsədlə yan apparel və mərkəzi oturacaq cərgəsinin əvəzinə araba yerləşdirmək üçün məkan nəzərdə tutulub, arxa divanın isə, yeyin qatlama mexanizmi var. Gələcəkdə dəbdəbəli biznes-şattlın buraxılacağı da vəd edilib.

Kia PV5 Cargo furqonunun baza versiyası miniven ilə eyni ölçülərə malikdir, lakin sonradan uzadılmış bazası və hündür dam örtüyü olan variantlar da buraxılacaq. Sonuncu halda, sərnişin və yük bölmələri arasında keçidi sifariş etmək mümkün olacaq. Yük bölməsinin maksimum həcmi 5,1 kubmetrdir - bu halda furqon iki standart avropaleti götürə bilər. Bəyan edilən yükləmə hündürlüyü 419 millimetrdir. Yük bölməsi iş avadanlıqlarını və alətləri birləşdirmək üçün V2L məişət rozetkaları ilə təchiz edilib.

Kia PV5 modelinin bütün variantları cihazlar panelinin yeddi düymlük displeyi və Android Automotive OS əməliyyat sisteminə əsaslanan media sistemi (12,9-düymlük) olan ön panelə malikdirlər. Media sistemi avtoparkların istismarı və saxlanması üçün ixtisaslaşmış korporativ proqramların quraşdırılmasını dəstəkləyir. Sistemin internetə çıxışı və “havadan” yenilnəmə imkanı var. 

Standart olaraq, öndə iki oturacaq quraşdırlır (sürücü və sərnişin üçün), lakin iki nəfərlik sərnişin skamyasını sifariş etmək və ya sağ oturacaqdan tam imtina edərək, onun yerində baqaj maydançası yaratmaq olar. İnteryer tərtibatında aşınmaya davamlı və asan təmizlənən, o cümlədən təkrar emal edilmiş materiallardan istifadə olunur. Məsələn, döşəmə ekoloji cəhətdən təmiz termoplastiklə (TPO), oturacaqlar isə, biopoliuretanla örtülür. Sərnişin versiyaları üçün beş tərtibat rəngi nəzərdə tutulub.

Kia PV5 elektromobilləri universal E-GMP platformasının xüsusi olaraq gücləndirilmiş E-GMP.S (Servise sözündən) adlanan və skeytbord formatına malik olan variantına əsaslanırlar. Ön hissədə 163 at qüvvəsi və 250 Nm hasil edən yeganə elektrik mühərriki quraşdırılıb. PV5 Cargo furqonu 43,3 kilovat/saatlıq baza litium-dəmir fosfat batareyası ilə təklif olunur, lakin bütün ailə üçün əsas batareyalar 51,5 və ya 71,2 kilovat/saatlıq nikel-manqan-kobalt batareyaları olacaq. 

Onlar birbaşa batareya korpusuna quraşdırılmış hüceyrələri olan cell-to-pack texnologiyasından istifadə etməklə hazırlanır. Ən qabaqcıl versiya üçün 400 kilometrlik yürüş məsafəsi bəyan edilib. Sabit cərəyanlı sürətli terminaldan istifadə etdikdə, batareyanın 10%-dən 80%-ə qədər doldurulması prosesi 30 dəqiqə çəkəcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia PV5 elektromobilinin satışı Cənubi Koreya və Avropada bu ilin ikinci yarısında, digər bazarlarda isə, 2026-cı ildə başlayacaq. Modelin buraxılışı Cənubi Koreyada, müxtəlif modifikasiyaların yığılmasına imkan verən çevik istehsal xətlərinə malik olan xüsusi şəkildə modernləşdirilmiş zavodda təşkil ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.