Kia şirkəti ilk dəfə olaraq yenilənmiş Sportage krossoverinin şəkillərini dərc edib. Hazırkı model 2021-ci ildən istehsal olunur, ona görə də planlaşdırılmış restylinqin tam vaxtıdırr. Tündləşdirilmiş şəkillər və videotizerin bir fraqmentindən belə nəticəyə gəlmək olar ki, Kia Sportage fərqli ön və arxa işıqlandırma texnikasını alacaq, radiator barmaqlığı, bamperlər və ön qanadlar da dəyişdiriləcəklər. Yəqin ki, krossover interyerdə də yeniliklər gözlənilir, çünki trapesiyaşəkilli ekranı olan məlumat-əyləncə kompleksi elə də müasir deyil.

Kia yenilənmiş Sportage modelinin xüsusiyyətlərinin işıqlandırma texnologiyası olacağını gizlətmir:  ön faraların forması dəyişəcək, arxa fənərlərdə isə, yalnız daxili tərtibat yenilənəcək. Salon K5 biznes sedanının lekallarına uyğun olaraq dəyişdirilə bilər: arxitektura çətin ki, yenidən işlənsin, lakin məlumat-əyləncə kompleksinin özü yenilənəcək. Restaylinq zamanı ölçülərdə artım gözlənilmir.

Texniki hissə haqqında heç bir məlumat yoxdur, lakin hazırda krossover geniş mühərrik çeşidini təklif edir: bunlar 2,0 və ya 2,5 litrlik atmosfer benzin mühərrikləri, 1,5, 1,6 və ya 2,0 litrlik turbomühərriklər, həmçinin CRDi xəttindən olan 1,6 və 2,0 litrlik turbodizellərdir. İki hibrid var: adi və plagin. Yenilənmə ilə birlikdə elektrikləşdirilmiş güc aqreqatlarının sayı arta bilər.

Yenilənmiş Kia Sportage üçün ilk bazar Cənubi Koreya olacaq: model orada noyabrda satışa çıxmalıdır. Digər bazarlar üçün variantlar isə, 2025-ci ildə açıqlanacaqlar. Ən maraqlısı odur ki, yenilənmiş krossoverin istehsalı Qazaxstanda da yerləşdiriləcək. Lakin bizim bazara idxal olunacaq Kia Sportage modelləri çox güman ki, Cənubi Koreyada istehsal ediləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.