Porsche şirkəti ötən payızda təqdim olunan Cayenne Electric krossoverinin çeşidini genişləndirməyə davam edir. İlk mərhələdə model üçmühərrikli versiyalarda təklif edilirdi: Cayenne, Cayenne S və Cayenne Turbo. İndi isə, Pekin avtosalonunda onun kupeyəbənzər versiyası hər üç təchizat səviyyəsində debüt edib.
Kupe-krossoverin əsas fərqləndirici xüsusiyyəti ənənəvi olaraq onun siluetindədir. Cayenne Coupe Electric daha maili dam xəttinə malikdir və Porsche dizaynerləri onu vizual olaraq 911 idman avtomobilinin dam xətti ilə yaxınlaşdırmağa çalışıblar. Buna nail olmaq üçün, onlar ön dayaqların və ön şüşənin maillik bucağını dəyişdirib, yan şüşlənmənin formasını yenidən dizayn edib və standart Cayenne Electric krossoveri ilə müqayisədə avtomobilin hündürlüyünü 24 millimetr azaldıblar.
Baqaj qapısı da yenilənib: o, aerodinamikanı optimallaşdıran ön bamperdəki aktiv jalüzilər və Turbo versiyasından götürülmüş hərəkətli aeroqalxanlar ilə yanaşı, irəli çıxan spoyleri olan xarakterik “rəfə” malikdir. Cx aerodinamik müqavimət əmsalı standart modeldəki 0,25 ilə müqayisədə 0,23-ə endirilib. Bununla belə, krossoverin ölçüləri əsasən dəyişməyib: kupe-krossun uzunluğu 4985 millimetr, eni - 1980 millimetr, hündürlüyü - 1650 millimetr, təkər bazası isə, 3023 millimetr təşkil edir.
Cayenne Coupe Electric modelinin salonu əsasən standart versiyadakı ilə eynidir. O, hündür mərkəzi tunel və üçqollu çoxfunksiyalı sükan çarxı və əyri mərkəzi Flow Display OLED ekranı olan eyni dördekranlı arxitekturaya malikdir. Lakin ikinci sıra daha dar olub: iki fərdi oturacaq və ya 2+1 formuluna malik olan divan arasında seçim etmək (istehsalçı arxa oturacaqların şəkillərini təqdim etməyib) mümkündür. Baqaj həcmi azalıb: indi bu həcm 534 - 1347 litr arasında dəyişir, standart krossoverdə isə, bu həcm 781 - 1588 litr arasındadır. Ön baqajın tutumu dəyişməyib - 90 litr.
Kupe versiyasının avadanlıq siyahısı genişləndirilib. Opsional elektroxrom örtüklü standart panoram damı ilə yanaşı, Sport Chrono və Lightweight Sport paketləri də əlçatandır. Sonuncu karbonplastikdən damı, salondakı karbonplastikdən elementləri, idman şinlərini və 22 düymlük diskləri ehtiva edir və avtomobilin çəkisini 17,6 kiloqram azaldır.
Texniki cəhətdən yeni model standart Cayenne Electric krossoverini tam şəkildə təkrarlayır. O, 800 voltluq PPE (Premium Platform Electric) platformasına əsaslanır. Porsche Active Suspension Management (PASM) pnevmoasqısı standart təchizata daxildir, aktiv Porsche Active Ride sistemi və beş dərəcəyə qədər dönən arxa təkərlər isə, əlavə ödəniş qarşılığında quraşdırılırlar. Bütün kupe-krossoverlər iki elektrik mühərriki, 390-400 kilovata qədər gücü olan şarj qurğusu və qabaqcıl 113 kilovat/saatlıq Li-NCMA batareyası ilə təchiz edilirlər.
Baza Porsche Cayenne Coupe Electric modelinin ümumi gücü 408 at qüvvəsi (overboost və launch control ilə 442 at qüvvəsi və 835 Nm) malikdir. O, 100 km/saat həddinə adi Cayenne Electric ilə eyni 4,8 saniyəyə sürətlənir və eyni maksimal sürətə (230 km/saat) malikdir. Təkmilləşdirilmiş aerodinamika sayəsində, kupe-kross WLTP standartına əsasən, dolu batareya ilə 661 kilometrə qədər məsafə qət edə bilir. Adi Cayenne Electric modelində bu göstərici 643 kilometr təşkil edir.
Cayenne S Coupe Electric 544 at qüvvəsinə (ən yüksək hasilat 666 at qüvvəsi və 1080 Nm) malikdir, 0-dan 100 km/saata 3,8 saniyəyə sürətlənir, 250 km/saat maksimal sürətə çatır və 668 kilometrə qədər məsafə qət edə bilir. Ən yüksək səviyyəli Cayenne Turbo Coupe Electric standart rejimdə 857 at qüvvəsinə, overboost aktiv edildikdə isə, 1156 at qüvvəsi və 1500 Nm-ə malikdir. Krossoverin top versiyası 0-dan 100 km/saata 2,5 saniyəyə sürətlənir və 260 km/saat maksimal sürətə malikdir. WLTP dövrünə əsasən, onun gediş ehtiyatı 628 kilometr təşkil edir.
Çoxsaylı opsiyaları nəzərə almasaq, “çılpaq” Porsche Cayenne Coupe Electric modelinin Almaniyadakı satış qiyməti 109.000 avrodan başlayır, standart Cayenne Electric üçün isə, minimum 105.200 avro tələb olunur. Vətənində S versiyasının qiyməti 130.300 avrodan başlayır, Turbo versiyası isə, alıcıya 168.500 avroya başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









