AvtoVAZ Sankt-Peterburqda keçirilən iqtisadi foruma Lada Azimut krossoveri ilə yanaşı, yenilənmiş Lada Niva Travel modelini də gətirib. Restaylinq keçmiş Lada Niva Travel tam LED optikanı, fərqli bamperi və modernləşdirilmiş radiator barmaqlığını əldə edib.
AvtoVAZ bu dəyişikliklər nəticəsində krossoverin nəinki daha aqressiv göründüyünü, həm də mühərrik bölməsinin soyudulmasının səmərəliliyinin artırıldığını qeyd edib. Bunun səbəbi barmaqlıqda peyda olmuş hava axının istiqamətləndiriciləri və böyüdülmüş aralıqlardır.

Kapotun altında 90 at qüvvəli yeni 1,8 litrlik səkkiz klapanlı mühərrik yerləşdirilib. O, əvvəlki 1,7 litrlik mühərrikdən yeddi at qüvvəsi güclüdür, fırlanma anı isə, 24 Nm artıb.
AvtoVAZ mühəndisləri orijinal giriş və buraxılışu, soyutma və yanacaq verilməsi sistemini yaradıblar, ümumilikdə isə, mühərrikdə 50-dən çox element modernləşdirilib. Yanacaq sərfiyyatı idarəetmə rejimindən asılı olaraq 3-30 % azalıb.
AvtoVAZ digər dəyişiklikləri də sadalayıb, lakin təfərrüatları açıqlamayıb: bunlar adaptiv transmissiya, idarəetməni və gedişin hamarlığını yaxşılaşdıran yeni köndələn dayanıqlılıq stabilizatoru, həmçinin "avtomobilin təhlükəsizliyini və şassinin etibarlılığını artıran" havalandırılan əyləc diskləri və ön təkər toplarındakı tənzimlənməyən podşipnikləridir.
Yenilənmiş Lada Niva Travel bu ilin dördüncü rübündə satışa çıxarılacaq, qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.