Keçən həftəsonu Qudvudda keçirilmiş Sürət Festivalı yeni avtomobil premyeraları baxımından təəccüblü dərəcədə təvazökar olub. Azsaylı debütantlardan biri, keçən il Huracan modelini əvəz etmiş Temerario superkarının GT3 indeksini alan yarış versiyasıdır. Üstəlik, bu, Temerario baza superkarının ilk yeni versiyasıdır.

Əvvəlki Huracan GT3 yarış superkarı kifayət qədər uğurlu olub: istehsal müddəti ərzində iki yüzdən çox müştəri avtomobili satılıb. Əgər həmin avtomobili Lamborghini ixtisaslaşmış Dallara şirkəti ilə birgə hazırlamışdısa, yeni Temerario GT3 kupesi istehsalçının özü tərəfindən, kənardan heç bir kömək olmadan yaradılıb.

GT3 kateqoriyasının qaydaları hibrid sistemlərin istifadəsinə icazə vermədiyinə görə, tərtibatçıları ilk növbədə Temerario modelinin bütün elektrik hissəsindən (üç elektrik mühərriki və bir dartma batareyası) imtina etməyə məcbur edib. Yalnız iki turbokompressoru və "düz" dirsəkli valı olan 4,0-litrlik V8 4.0 benzin mühərriki saxlanılıb.

Mühərrikin turbokompressorları dəyişdirilib (aşağı ətalətlilər ilə), titandan hazırlanmış daha möhkəm sürgü qolları quraşdırılıb, giriş və buraxılış sistemləri yenidən işlənilib (sonuncu Capristo tərəfindən tədarük edilib).

Mühərrik 585 at qüvvəsinə qədər (dəqiq parametri  konkret çempionatın qaydaları ilə müəyyən edilir) hasil edir. Xatırladaq ki, mulki Lamborghini Temerario superkarının hibrid qurğusunun gücü 920 at qüvvəsidir.

Bütün elektrik mühərriklərinin çıxarıldığı üçün, Lamborghini Temerario GT3 yarış avtomobili yalnız arxa ötürməlidir. İki muftalı səkkiz pilləli “robot” 6-pilləli sekvental ötürmələr qutusu ilə əvəzlənib. Digər gözlənilməz xüsusiyyət – sükanın hidravlik gücləndiricisidir. Kupe tənzimlənən KW dayaqları olan yarış asmasına və xüsusi 18-düymlük Ronal disklərinə malikdir.

Kuzovun alüminium çərçivəsi sadələşdirilib: əvvəlcə elektrik sistemi üçün nəzərdə tutulmuş bütün bərkitmələr və dayaqlar çıxarılıb, alt çərçivələr təmiri asanlaşdırmaq üçün tez çıxarılan ediliblər.

Kuzov panelləri karbonpalsikdən hazırlanıb (mülki Temerario modelində alüminiumdandırlar), hissələrin sayı azaldılıb. Əlbəttə ki, təhlükəsizlik qəfəsi və əlavə aerodinamik elementlər əlavə ediliblər.

Nəticədə, Lamborghini Temerario GT3 kupesinin quru çəkisi 1300 kiloqram təşkil edir. Xatırladaq ki, hibrid sistemli baza modelinin çəkisi 1690 kiloqramdır.

Belə pəhriz ön əyləcləri sadələşdirməyə imkan verib: GT3 versiyasında yol avtomobilindəki onporşenli əyləclərin əvəzinə altıporşenli əyləc mexanizmləri (dördporşenli arxa əyləc mexanizmləri saxlanılıb) quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər xüsusiyyətlər hələlik açıqlanmayıb, çünki avtomobilin sazlanması işləri tamamlanmayıb. İlk “döyüş” səfəri 2026-cı ilin mart ayına planlaşdırılıb - bu, ABŞ-da keçirilən “Sebrinqin 12 Saatı” marafonu olacaq.

Daha bir məlumat: Qudvuddakı debüt zamanı Lamborghini rəhbərliyi Temerario modelinin arxa ötürməli  versiyasının peyda olacağını bildiriblər! O, sadələşdirilmiş hibrid sistemə və müvafiq olaraq azaldılmış gücə malik olacaq. Lakin arxa ötürməli versiyanın debüt tarixi açıqlanmaylb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.