İtalyan istehsalçısı bəzi krossoverlərdə kapotun kilidlərini qeydə alan qüsurlu pərçimlərim quraşdırıldığını etiraf edib. Nəticədə, kapot və bamper arasında boşluq yarana bilər və 94 mil/saatdan (151 km/saat) yuxarı sürətlə kapot qarşıdan gələn hava axını ucbatından açıla bilər. Artıq belə bir hal qeydə alınıb: odur ki, geri çağırmaya start verilib.

Lamborghini Urus Performante

ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) geri çağırma kampaniyasına başladığını elan edib. Dilerlərə iyunun 21-dən, problemli avtomobillərin sahiblərinə isə, iyulun 5-dən gec olmayaraq məlumat verilməyə başlanacaq. Risk qrupunda 2133 ədəd Urus S və Urus Performante krossoverləri var, lakin italyan markası buraxılmış krossoverlərin yalnız iki faizində səhv pərçimlərin quraşdırıldığını hesab edir.

Lamborghini Urus S

Lamborghini Urus sahibləri karbondan kapot ilə qanad arasındakı boşluğa diqqətlə baxsalar problemi özləri görə bilərlər: əgər zavodda sərt pərçimlər quraşdırılıbsa, kapot sıx bağlanmayacaq. Dilerlər detalları yoxlayacaq, pərçimləri və dayaq lövhəsini pulsuz dəyişdirəcəklər. Krossoverin indoneziyalı sahiblərindən biri yüksək sürətlə gedərkən kapot açılıb və məhz bu hal araşdırmaya səbəb olub.

Lamborghini Urus SE

Qeyri-hibrid Urus S və Urus Performante modellərinin istehsalı tezliklə dayandırılacaq: çeşiddə yalnız SE hibridi qalacaq. Lamborghini şirkətinin texniki direktoru Ruven Mor hibridi daha universal və rahat, lakin yarış trekində təqaüdə göndərilən versiyalar kimi sürətli olduğunu bildirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.