Bu il Lamborghini Huracan superkarının istehsal dövrü başa çatır və onunla birlikdə 5,2-litrlik V10 atmosfer mühərriki də təqaüdə göndərilir. Artıq Huracan modelinin varisinin LB634 zavod indeksini daşıyan və Temerario adlandırılacaq ortamühərrikli kupenin olacağı məlumdur.

Yeni superkarın özü ilin ikinci yarısında təqdim olunacaq, hələlik isə, onun güc aqreqatı üzərindəki sirr pərdəsi götürülüb - bu, elektrik üstqurumu olan V8 benzin mühərrikidir.

Image alt Image alt

İki turbokompressoru olan 4,0-litrlik V8 mühərriki Volkswagen konserninin geniş çeşidindən götürülüb. Bu mühərrik alman konsernin daxil olan bir çox markaların modellərində, o cümlədən Lamborghini Urus krossoverində də quraşdırılır və onun istehsalı əbəs yerə 2030-cu ilə qədər uzadılmayıb.

Bununla belə, yeni ortamühərrikli superkar üçün mühərrik ciddi şəkildə təkmilləşdirilib: mühəndislərin əsas vəzifəsi Lamborghini brendinin üsyankar ruhuna uyğun olaraq, güc aqreqatını daha emosional etmək idi.

Bu məqsədlə, İlk növbədə, yastı dirsəkli val quraşdırılıb, ondan adətən yarış mühərriklərində istifadə olunur və belə val buraxılış sisteminin səsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Poladdan daha möhkəm və yüngül olan titandan hazırlanmış sürgü qolları da quraşdırılıb. Birbaşa püskürtmə sistemi 350 bar təzyiqi altında işləyir, klapan ötürücüsü ciddi şəkildə gücləndirilib, yağlama sistemində isə, quru karterli sxemdən istifadə olunub.

Nəticədə təkmiləşdirilmiş V8 mühərriki 9000 dörv/dəqiqədə 800 at qüvvəsi, 4000 - 7000 dövr/dəqiqə diapazonunda isə, 730 Nm hasil edir. Məhdudiyyət 10.000 dövr/dəqiqədə işə düşür ki, bu da turbomühərrik üçün qeyri-adi hal sayılır.

Elektrik üstqurumu üç elektrik mühərriki olan böyük Lamborghini Revuelto superkarı ilə eyni sxem üzrə hazırlanıb. Mühərrik və ötürmələr qutusunun arasında (arxa kuzov çıxışınıda yerləşir) 150 at qüvvəsi və 300 Nm (dirsəkli valın 3500 dövr/dəqiqəsinə qədər) yağla soyudulan aksial elektrik mühərriki quraşdırılıb. Ön oxdakı daha iki mühərrik tam ötürməni təmin edir, lakin onların xüsusiyyətləri hələlik açıqlanmayıb. Bu, hibrid güc qurğusunun ümumi hasilatına da aiddir.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni superkarın xüsusiyyətlərini tədricən açıqlayan növbəti “epizodların” buraxılışı modelin rəsmi təqdimatına qədər davam edəcək. İlkin məlumata görə, təqdimat avqust ayında Kaliforniyadakı Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsində keçirilməlidir.

Yeri gəlmişkən, Urus krossoverini saymasaq belə, Lamborghini brendinin tarixində artıq V8 mühərrikli sportkarlar olub: Urraco, Silhouette və Jalpa modellərinin daxil olduğu ortamühərrik ailə 1972-ci ildən 1988-ci ilə qədər istehsal edilib və onların 2,0 - 3,5 litrlik mühərrikləri köndələn şəkildə yerləşdirilirdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.