Avstraliyanın ən zəngin sakinləri Range Rover modelinin bəlkə də ən nadir versiyalarından birini almaq imkanı əldə ediblər. Xüsusi versiya SV Orpheus Edition adlanır (Kvinslendin şimal sahilindəki ada kimi) və təxminən 520 min Avstraliya dollarına (575 min manat) qiymətləndirilib. Ofrouderin tirajı altı nüsxə ilə məhdudlaşdırılıb. Yeri gəlmişkən, orijinal Range Rover SV P615 modeli ondan 120 min ucuzdur. Qiymət fərqi təkcə məhdud tirajla izah oluna bilməz, lakin Ceyson de Kayres Teylorun heykəli bu məsələyə aydınlıq gətirir.

Ofrouderin hər bir alıcısı Ocean Sentinels instalyasiyasının bir hissəsi olan və Şimali Kvinslend sahilinin yaxınlığında beş metr dərinlikdə quraşdırılmış Jayme Marsall heykəlinin surətini alacaq. Range Rover SV Orpheus Edition ofrouderini Blue Gloss rənginə boyanmış kuzovu, habelə krem və tünd göy rəngli dəri ilə üzlənmiş salonu sayəsində tanımaq mümkündür. Oturacaqların kürək hissələrini yuvarlanan dalğalar şəklində orijinal tikmə-naxış ilə bəzədiləcək, transmissiya selektoru kimi ayrı-ayrı elementlər saat keramikası ilə örtüləcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər xüsusiyyətlərə buraxılış tirajının sayını göstərilən xüsusi kandar lövhələri və dekorativ yastıqlar daxildir. Xüsusi versiyanın təkər diskləri 23-düymlükdürlər. Kapotun altında 615 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki yerləşir. Belə Range Rover modelinin 0-dan 100 km/saata qədər sürətlənməsi 4,5 saniyə çəkir, maksimal sürət isə, 261 km/saatdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.