Lincoln markası Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsi üçün tam avtonom elektrik konseptini hazırlayıb. Şirkətin 100 illik yubileyi şərəfinə L100 adlandırılan konsept həm gələcək elektrokarların carçısı, həm də ənənələrin qoruyucusu sayılır. O, qüsursuz aerodinamik kuzovu, qatlanan damı, sükan və pedalsız interyeri, xüsusi atmosfer yaratmaq üçün işıq elementlərini və ekranları birləşdirən sistemi əldə edib.

Dizaynerlər konsepti yaradan zaman 1922-ci ilin Lincoln Model L modelindən ilham alıblar - Lincoln markasının Ford konsernin tərkibinə daxil olduqdan sonra inşa edilmiş bu avtomobil, öz zəmanəsinin mühəndislik sıçrayışı idi. Klassik modellərə həsr olunmuş ov iti fiquru şüşədən hazırlanmış kapotun altında yerləşdirilib.

Arxa pəncərə ilə birləşən dam da tamamilə şüşədəndir, qapılar isə hərəkət istiqamətinin əksinə açılırlar: onlar avtomobili mücrü kimi açaraq, işıqlandırma cihazları ilə birlikdə qarşılama proqramında iştirak edirlər.

Süni intellektə əsaslanan sistem sensorlar və GPS vasitəsilə insanın hərəkətlərini izləyir. L100 modelinin arxa tərəfində nazik fənər-zolaqla bölünmüş Kamm quyruğu var.

Lincoln nümayəndələrinin salamlama “simfoniyası” adlandırdıqları qarşılama salonda da davam edir: döşəməyə quraşdırılmış nəhəng rəqəmsal paneli və mərkəzi tuneldə yerləşdirilmiş daha bir ekran salamlamada iştirak edirlər. Konsept avtomobilinin tərtibatında yalnız təkrar emal edilmiş zamşa, həmçinin xrom əvəzinə metal boya və akril kimi ekoloji materiallardan istifadə olunub.

Konseptin sükan və pedalları yoxdur, yeganə idarəetmə orqanı - onun qiymətli daşlardan ilham alınaraq yaradılmış büllur heykəlciyidir.  İkinci cərgədəki sərnişinlərlə ünsiyyətin rahatlığı təmin etmək üçün, ön oturacaqların kürək hissəsini çıxararaq onları skamyaya çevrmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konsept dizayner işi olduğundan, Lincoln güc qurğusu haqqında təfərrüatları açıqlamır. Yalnız, L100 konseptinin “oyun qaydalarını dəyişdirəcək” yeni nəsil akkumulyator batareyaları ilə təchiz edildiyi qeyd olunub.

L100 konsepti bu il Lincoln markası tərəfindənnümayiş etdirilmiş ikinci elektrik konseptidir. Brendin “yaşıl” krossoverlərinin necə olacağı barədə aprel ayında nümayiş etdirilmiş Star Concept sayəsində mühakimə yürütmək olar. Lincoln markası 2026-cı ilə qədər mövcud modellərin bəzilərini əvəz edəcək və Cadillac elektrokarları ilə rəqabət aparacaq beş elektromobili buraxmaq niyyətindədir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.