Geely holdinqinə daxil olan Lynk & Co özünün ən yığcam modelini yeniləyib. Lynk & Co 06 krossoveri 2020-ci ildən başlayaraq Çinin Ninbo şəhərindəki zavodda istehsal olunur. Onun əsasını Geely Coolray modelinin də inşa olunduğu BMA platforması təşkil edir. Yenilənmiş 06 modeli Çinin sertifikasiya orqanının məlumat bazasında hələ yazın ortalarında peyda olub.

Lynk & Co 06 modeli ən yeni Lynk & Co 08 modelinin bəzi dizayn xüsusiyyətlərini alıb - bunlar uzunluğu artırılmış gündüz hərəkət işıqları, kiçildilmiş əsas işıqlandırma texnikası və taraşlı bamperlərdir. Arxa tərəfin tərtibatı da dəyişdirilib, xarici kuzovun panellərinin əksəriyyəti yenidir. Yeni dayaq sayəsində avtomobilin uzunluğu 10 millimetr (4350 millimetr) artıb, lakin onun eni (1820 millimetr) və hündürlüyü (1625 millimetr) dəyişməyib.

Salon tamamilə dəyişdirilib - krossoverin hətta sükanı və qapı panelləri də yenidir. Bütün düymə və açarlar mərkəzi tuneldən və konsoldan yoxa çıxıblar, multimedia sisteminin monitoru nəzərəçarpacaq dərəcədə böyüyüb. Yeni günəşliklər şəffaf bölməyə malikdirlər: son zamanlar Çin avtomobillərində belə həllə daha tez-tez rast gəlmək olar.

Çin mediasının bildirdiyinə görə, Lynk & Co 06 sırf benzin versiyalarından məhrum edilib. Əvvəllər baza güc aqreqatı Coolrey (1,5-litrlik turbomühərrik və “robot”) modelindəki ilə eyni idi, lakin indi çeşiddə yalnız hibridlər qalacaq. İlk nümayiş etdirilən 1,5-litrlik dördsilindrli mühərrikə (120 at qüvvəsi) əsaslanan Geely EM-P hibrid sistemi ilə təchiz olunmuş krossoverdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Benzin mühərrikinə iki elektrik mühərriki kömək edir, sistemin ümumi hasilatı 299 at qüvvəsi və 568 Nm-ə bərabərdir. Daha ətraflı məlumat yenilənmiş krossoverin bazar debütü zamanı veriləcəkdir. Yenilənmədən əvvəlki Lynk & Co 06 PHEV modelinin Çin bazarındakı satış qiyməti 20 min dollardır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.