Maserati şirkəti çətin günlər yaşayır, ona görə də potensial müştəriləri cəlb etmək üçün daim yeni yollar axtarmaq məcburiyyətindədir. Görünən odur ki, italyan istehsalçısı haqqın yolunu tapmağı bacarıb – bu, sonsuz sayda xüsusi nəşrlərin buraxılmasıdır. 2022-ci ilin yazında təqdim edilən Grecale krossoveri cəmi bir neçə həftə ərzində ikinci məhdud saylı nəşri əldə edib.

Oktyabrın ortalarında model italyan şərabının şərəfinə yaradılmış xüsusi versiyanı alıb, indi isə, xüsusi Lumina Blu versiyası modifikasiya çeşidinə əlavə olunub. İtalyan brendinin ənənəsinə uyğun olaraq, krossover xüsusi eksteryer və interyer tərtibatını əldə edib.

Dizaynerlərin düşüncələrinə görə, Lumina Blu versiyasında olan Maserati Grecale krossoveri bahalı axşam paltarı geyinmiş kimi görünməlidir. Yeni görünüşün əsas komponenti, italyan lrossoverinin zərif kuzov xətlərini vurğulamaq üçün hazırlanmış ikiqat bənövşəyi Night Interaction boya örtüyüdür.

Əyləc mexanizmləri və arxa sütundakı firma loqotipi sarı rəngə boyanıb. Krossover standart olaraq matrisa faraları və tündləşdirilmiş arxa şüşələrlə təchiz edilir. Axşam görünüşünü 21 düymlük eksklüziv Pegaso təkər diskləri tamalayır.

Grecale Lumina Blu xüsusi versiyasının interyeri Maserati avtomobillərinə xas olan tərtibatdakı keyfiyyət və incəliyinə hörmət əlaməti kimi təqdim olunur. Krossoverin salonu qəhvəyi rəngli Chocolate premium dərisi ilə üzlənir, alternativ olaraq ağ rəngli Ghiaccio dərisi təklif edilir. Hər iki halda, mərkəzi konsol və qapı panellərində açıq məsaməli ağacdan hazırlanmış dekordan istifadə olunur. Pedal qovşağı idman üslubunda polad örtmələrlə bəzədilir.

Standart avadanlıq siyahısına panoram dam, qızdırılan, havalandırılan, 12 və ya 14 istiqamətdə elektriklə tənzimlənən ön oturacaqlar (açıq rəngli Ghiaccio dərisi ilə tərtibata malik olan versiya üçün), qızdırılan sükan, toxunmadan açılan elektrikli arxa qapı və 360 dərəcəlik kamera sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi Lumina Blu nəşrinin texniki hissəsi adi Grecale Modena modifikasiyası ilə eynidir. Mülayim hibrid qurğu  330 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik, səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə ilə təchiz edilir. Arxa oxda yüksək sürtünməli mexaniki differensialı quraşdırılıb.

Maserati Grecale Lumina Blu xüsusi versiyasının qiyməti hələlik açıqlanmayıb. Xatırladaq ki, baza krossoveri italyan alıcılarına ən azı 85.200 avroya başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.