Dörd il əvvəl Maserati brendinin model çeşidi ortamühərrikli MC20 superkarı ilə genişləndirilib. O vaxtdan bəri superkar bir sıra modifikasiyaları əldə edib. Onların arasında baza modelindən çox da fərqlənməyən Maserati GT2 yarış kupesi diqqəti daha çox cəlb edir. İndi isə, şirkət əks əməliyyatı həyata keçirib: italyanlar Kaliforniyada, Pebbl Biç Zəriflik müsabiqəsində yarış bolidinin əsasında hazırlanmış Maserati GT2 Stradale yol avtomobilini nümayiş etdiriblər.

Maserati GT2 Stradale modelini rekordlar üçün yaradılmış ekstremal avtomobil adlandırmaq olmaz, lakin yaradıcıları ona müəyyən "ədviyyatları" əlavə etməyi unutmayıblar. Yarış bolidi ilk növbədə özünün mürəkkəb aerodinamikasını yol versiyası ilə paylaşıb.

Böyük hava girişləri quraşdırılıb, ön qanadlar və təkər tağlarında əlavə havalandırma dəlikləri açılıb, arxa tərəfi isə, karbonplastikdən hazırlanmış iri antiqanad taclandırır. Kapot, bamperlərin elementləri, kandarlar, hava kanalları və hətta dam örtüyü rənglənməmiş karbonplastikdəndir. 

Kuzov dəsti yalnız nümayiş üçün deyil, o həm də 280 km/saat sürətində 500 kiloqrama ekvivalent olan yerəbasma qüvvəsi hasil edir. Bütün bu möhtəşəmliyi 20-düymlük təkər diskləri tamamlayır.

Salonda də idman abu-havası özünü biruzə verir – burada karbonplastik və alkantaradan geniş istifadə olunur. Bu materiallardan dirsəkli valın dövrələrinin indikasiyası quraşdırılmış yeni üçqollu sükan çarxını tərtib etmək üçün istifadə olunur. 

Oturacaqlar xüsusi olaraq Stradale versiyası üçün yaradılıb və karbonplastikdən çərçivəyə malikdirlər. Konstruksiya daha yüngül olduğu və aşağıda yerləşdirildiyi üçün onlar əl ilə tənzimlənirlər. Seçmək üçün iki oturacaq ölçüsü var.

Bundan əlavə, dördnöqtəli kəmərlərin bağlandığı əlavə arxa köndələn çarpaz tirləri də  sifariş etmək olar. Bununla belə, Maserati GT2 Stradale multimedia sisteminə (10,25-düymlük ekran ilə), qabaqcıl audio sistemə (altı və ya on iki dinamiklə) və qacetlərin simsiz doldurulması üçün platformaya malikdir.

Hətta yarış Maserati GT2 bolidi 3,0-litrlik Nettuno V6 biturbo mühərrikinə yaxın olan aqreqatla təchiz olunub – o, 630 at qüvvəsi və 730 Nm hasil edir. Stradale yol versiyası üçün proqram təminatı və buraxılış sistemi dəyişdirilib, güc 640 at qüvvəsinə qədər artırılıb, fırlanma anı isə, 720 Nm-ə qədər azalıb.

Lakin bu, yeni kupeni tarixindəki ən güclü Maserati yol avtomobili adlandırmaq üçün kifayət edir. Mühərrik MC20 baza modeli kimi iki muftalı səkkiz pilləli “robot” ilə birlikdə çalışır, baxmayaraq ki, yarış Maserati GT2 yarş avtomobili altı pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir. 

Arxa ötürmə - özükilidlənən differensiala malikdir. Nəticədə, Maserati GT2 Stradale baza MC20 kupesindən cəmi 25 kiloqram yüngül olub: 1475 kiloqram. 100 km/saat sürətlənmə vaxtı 2,9-dan 2,8 saniyəyə, maksimal sürət isə, simvolik olaraq 325-dən 324 km/saata qədər azalıb.

Maserati GT2 Stradale yarış versiyasından götürülmüş, tənzimlənən amortizatorları olan yenidən işlənmiş şassiyə malikdir. Karbon-keramika diskləri olan daha güclü Brembo əyləc mexanizmləri quraşdırılıb. Əlavə ödəniş müqabilində differensialın elektron kilidini, Michelin yarısliklərini və idarəetmə elektronikasının yenidən işlənmiş tənzimləmələri təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kupenin dəqiq qiyməti və onun satışlarının başlanması tarixi açıqlanmayıb. Maserati GT2 Stradale kupesinin qiyməti 260 min avrodan başlayan baza MC20 kupesindən təxminən 1,5 dəfə baha olacağı ehtimal edilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.