Hər iki avtomobil amerikalı müştərinin sifarişi ilə hazırlanıb. Sedan mavi Blu Nobile rənginə boyanıb, onun sükan çarxı isə, ağac buruqlarından əlavələrlə bəzədilib. Ancaq daha da əhəmiyyətlisi, bu, V8 mühərrikilə işləyən sonuncu Quattroporte sedanıdır.
Sedana verlimış təmtəraqlı indeks da bunun nişanəsidir. MC20 Iris kupesi isə, öz növbəsində, 2021-ci ilin ən dəbli rənginə - Ai Aqua Rainbow çalarına boyanmış kuzovu ilə seçirilir. O, genişləndirilmiş Fuoriserie Futura palitrasının bir hissəsidir və beşrəqəmli qiymətə başa gəlir.
Hər iki avtomobil dörd il əvvəl fəaliyyətə başlamış Maserati Fuoriserie proqramının imkanlarını nümayiş etdirir. Quattroporte Grand Finale sedanı bərq vuran mavi Blu Nobile rənginə boyanıb. Yeri gəlmişkən, kuzov dəstinin karbonplastikdən hazırlanan elementləri də eyni rəngdədirlər. Əyləc supportları cilalanmış alüminiumdan hazırlanıb.
Kapotun altında avtomobilin üzərində işləmiş dizaynerlərin və mühəndislərin imzaları olan xüsusi mühərrik qapağını görmək olar. Qapağın altında isə, 3,8-litrlik V8 (580 at qüvvəsi, 729 Nm) mühərriki yerləşib. Müştərinin istəyi ilə sükan çarxı ağac buruğundan hazırlanmış əlavələrlə bəzədilib, ön dayaqlar isə, qara dəri ilə örtülüb.
MC20 Iris kupesinin əsas motivi “göy qurşağı” seçilib, ona görə də onu həm eksteryer, həm də interyerdə görmək olar. Superkarın kuzovu üçün AI Aqua Rainbow rəng sxemi seçilmişdir – bu, Fuoriserie palitrasındakı ən bahalı seçimdir. Disklərin qapaqlarındakı firma emblemi də eyni rəngə boyanıb.
Salonda mavi təzadlı tikişləri olan əsl dəri ilə üzlənimiş oturacaqları, sükan çarxını və mərkəzi tuneli görmək olar. Eyni tikişlərdən mühərrik və baqaj bölməsində də istifadə olunub. Texnologiya baxımından heç bir dəyişiklik yoxdur: kupe səkkiz pilləli “robot” ilə tandemdə çalışan 3,0-litrlik Nettuno (630 at qüvvəsi, 730 Nm) biturbo mühərriki ilə hərəkətə gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.