Yapon brendin Avropadakı filialı daha güclü atmosfer mühərriki olan versiyaların artıq Köhnə Dünyada satılmayacağını bildirib. Bundan sonra, Mazda MX-5 modeli Böyük Britaniya istisna olmaqla, Avropada yalnız 1,5-litrlik atmosfer mühərriki (132 at qüvvəsi, 152 Nm) və 6-pilləli mexaniki transmissiya ilə satılacaq. Çeşidin ixtisara salınmasının səbəbi ekoloji standartların sərtləşməsi ilə bağlıdır.

Bəzi dilerlərdə Mazda MX-5 rodsterinin 2,0-litrlik mühərriki olan nüsxələri var, lakin yeni tədarüklər gözlənilmir. İdman avtomobilinin həyat dövrü sona çatır, buna görə də ekoloji standartlar naminə "böyük" mühərriki təkmilləşdirmək sərf etmir. Bu il rodsterin 35th Anniversary yubiley versiyası buraxılmalıdır, lakin belə versiya Avropada təklif olunmaya bilər.

Keçən payızda Mazda MX-5 lokal şəkildə təkmilləşdirib və o zaman mühəndislər yalnız 1,5-litrlik atmosfer mühərrikini yenidən işləyiblər. Belə avtomobillərə daha sərt ekoloji standartlar təhlükə doğurmur. Seqmentdəki rəqiblər də azalıblar, çünki Toyota GR86 və Subaru BRZ kibertəhlükəsizlik testlərindən keçməyib və Avropa çeşidindən çıxarılıblar.

Avropadan kənarda idman avtomobili 2,0-litrlik mühərriki saxlayacaq, özü də, bir çox ölkələrdə belə bir aqreqat yeganə variantdır. Alıcılar 6-pilləli mexaniki və eyni sayda pilləsi olan avtomatik transmissiya arasında seçim edə bilərlər. Mazda MX-5 rodsterinin qiyməti 33-43,5 min avro arasında dəyişir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.