Mercedes-Benz ABŞ bazarında təklif etdiyi əlçatan “bərkgedən” avtomobillərinin - SL 43 və C 43 modellərinin məhsuldarlığını artırıb. Kabriolet və sedan eyni 2,0-litrlik dördsilindrli mühərrik ilə təchiz olunur, ona görə də onların təkmilləşdirmə proqramı oxşardır: SL 43 kabrioletində artım 40 at qüvvəsi və 20 Nm, C 43 sedanında isə, 15 at qüvvəsi və 20 Nm olub. Təkmilləşdirmə 60 mil/saata (97 km/saat) sürətlənmə vaxtının da azalmasına gətirib çıxarıb.
Mercedes-AMG yeniləmələr barədə məlumat verməyib, çünki yenilənmiş mühərrik hələ mart ayında GT kupesində debüt edib. Uzununa quraşdırmaq üçün uyğunlaşdırılmış M 139 turbomühərriki 421 at qüvvəsi və 500 Nm hasil edir. Kabriolet 0,2 saniyə, sedan isə, 0,3 saniyə yeyin olub.
ABŞ üçün daha bir yenilik arxa ötürməli Mercedes-Benz E-Class baza sedanıdır. Bu sedan, 4Matic versiyası kimi, eyni 2,0-litrlik benzin mühərriki (258 at qüvvəsi, 400 Nm) ilə təchiz edilir və təəccüblüdür ki, arxa ötürməyə keçdikdən sonra 60 mil/saata (97 km/saat) sürətlənmə vaxtı artmayıb. Muftalı transmissiyadan imtina 2500 dollara qənaət etməyə imkan verib.
Almaniyada kiçik mühərrikli Mercedes-AMG modellərinə tələbat azdır: “bərkgedən” C 43 və C 63 hətta endirim ilə satılırlar. AMG bölməsinin mühədisləri 2,0-litrlik mühərriki olan təkrar doldurulan hibridləri açıq şəkildə üstünlük versələr də, belə güc qurğularının inkişaf perspektivləri sual altındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.