Konseptual Vision Mercedes-Maybach 6 kupesi 2016-cı ildə debüt edib, bir il sonra isə, onun kabriolet versiyası nümayiş etdirilib. Təəssüf ki, bu elektromobillərin ikisi də istehsala getməyib, buraxılan Mercedes-Maybach SL 680 rodsteri isə, təkmilləşdirilmiş AMG SL kabrioletindən başqa bir şey olmayıb. İndi isə, Mercedes-Benz yeni lüks kupenin konseptini - Vision Iconic prototipini nümayiş etdirib.

Konseptin dizaynı brendin tarixi modellərinin xüsusiyyətlərini futuristik elementlərlə birləşdirir. Məsələn, kupenin ön hissəsində, bu yaxınlarda GLC with EQ Technology elektrik krossoverində debüt edən yeni, işıqlandırılan firma radiator barmaqlığı var. Onun forması tarixdəki əlamətdar Mercedes modelləri ilə assosiasiya yaratmaq üçün nəzərdə tutulub: W108, W111 və 600 Pullman. Bu panel uzun kapot və nazik ön fənərlərlə vəhdət təşkil edir.

Yan tərəfdən avtomobil yuxarıda qeyd olunan konseptlərə bənzəyir, lakin daha qısa çıxıntılara malikdir. Kiçik ön şüşənin xətləri ön qanaddakı “qəlsəmələrə” qədər davam edir, maili dam əfsanəvi 300 SL Gullwing modelini xatırladan dairəvi arxa hissəyə keçir. Şirkətin baş stilisti Qorden Vagener konseptin ilham mənbəyinin 1930-cu illərin avtomobil dizaynı olduğunu bildirib.

İnteryer Art Deco üslubunda tərtibata malikdir. Burada yumru dördqollu sükan, babelə həm analoq, həm də rəqəmsal cihazları özündə birləşdirən "Zeppelin" adlı şüşə konstruksiya var. Oturacaqlar tünd göy məxmərlə üzləniblər. İnteryer tərtibatında həmçinin sədəf ötrmələrdən də istifadə olunub, döşəmə isə, XVII əsrdə peyda olan və 1920-ci illərdə yenidən canlandırılan saman naxışı ilə bəzədilib. Avtomobil istehsalçısı həmçinin interyer ilə harmoniya təşkil edən altı ədəd kişi və qadın kostyumundan ibarət kolleksiyanı da hazırlayıb.

Nostaljik cizgilərə baxmayaraq, prototip futuristik texnologiyalarla öyünə bilər. Dördüncü səviyyəli avtonomluq insan beyninin iş prinsipinə bənzəyən "neyromorfik hesablama" sistemi tərəfindən təmin edilir. Onun ətraf mühiti tanımaqda cari texnologiyalardan on qat daha yaxşı olduğu iddia edilir, lakin texniki detallar açılanmayıb. Tellərlə idarələnən sükan mexanizmi və dönən arxa təkərlər də nəzərdə tutulub. Elektrik mühərrikinin texniki göstəriciləri səsləndirilməyib.

Nəhayət, Vision Iconic kuzovun fotoelektrik örtüyünə malikdir. O, batareyanı doldurmağa kömək edir və ideal şəraitdə, sahəsi 11 kvadrat metr olan səth, təkcə günəş işığından yararlanaraq ildə 12.000 kilometrlik gediş məsafəsini təmin etməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni model çox güman ki, Vision Mercedes-Maybach 6 ilə eyni taleni bölüşəcək: onun istehsal potensialı haqqında heç bir məlumat verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.