Papanın fəaliyyəti çox vaxt kütləvi tədbirlərin keçirilməsi ilə bağlıdır və bir əsrdən artıqdır ki, bu məsələdə Roma Katolik Kilsəsinin rəhbərinə xüsusi hazırlanmış avtomobillər kömək edir. Papamobillər sadə Seat modelindən tutumuş dəbdəbəli Cadillac modelinə qədər müxtəlif avtomobillər olublar, lakin ən çox istifadə olunanlar Mercedes-Benz avtomobilləridir.
Bu markanın ilk avtomobili - Mercedes-Benz 460 Nürburg limuzini Vatikan qarajında 1930-cu ildə peyda olub. Sonradan mərasimlər üçün təkcə xüsusi hazırlanmış sedanlardan deyil, həm də G-Class ofrouderlərindən istifadə olunub.
2007-ci ilin papamobili
İndi Papa üçün eko-gündəmə uyğun olan yeni G-Class ofrouderi hazırlanıb - yeni papamobilin əsası kimi ofrouderin elektrik versiyası götürülüb. Standart Mercedes-Benz G 580 with EQ Technology modeli Vatikan ilə sıx əməkdaşlıq çərçivəsində ciddi şəkildə yenidən işlənilib.
Papamobil damı olmayan tamamilə orijinal arxa hissəyə malikdir. Sol tərəfdəki arxa qapı lazımsız olduğu üçün ləğv edilib, lakin sağ qapı yerində qalır: papanın içəri girib-çıxmağını rahat etmək üçün qapı hərəkət istiqamətinin əksinə açılır.
2024-cü ilin papamobili
Eyni məqsədlə salonun perimetri üzrə çoxlu tutacaqlar quraşdırılıb, avtomobilin altında və arxa hissəsində isə, iri ayaqaltılar peyda olub. Müdafiə - panoram şüşəli çıxarıla bilən sərt qapaq tərəfindən təmin edilir.
Qırmızı döşəmə istisna olmaqla, interyer ağ rəngdədir. Düz mərkəzdə dairəvi fırlanma və hündürlüyün tənzimlənməsi imkanına malik olan taxt quraşdırılıb. O, Roma papası üçün nəzərdə tutulub və yan tərəflərdə pontifiki müşayiət edən mühafizəçilər üçün qatlanan oturacaqlar quraşdırılıb.
2024-cü ilin papamobili
Mercedes-Benz yeni papamobilinin yalnız bir texniki xüsusiyyətini açıqlayıb: o, aşağı sürətlə hərəkət etmək üçün xüsusi rejimi alıb ki, bu da pontifikin ictimai çıxışları zamanı çox faydalı olacaq.
Müvafiq olaraq, papamobilin digər parametrləri orijinal Mercedes-Benz G 580 with EQ Technology ofrouderini təkrarlayır. Xatırladaq ki, tam ötürməni təmin edən dördmühərrikli güc aqreqatı 588 at qüvvəsi və 1164 Nm hasil edir.
Bu, çəkisi 3085 kiloqram olan elektromobili 100 km/saata 4,7 saniyəyə sürətləndirmək üçün kifayətdir, maksimal sürət isə, 180 km/saat həddində məhdudlaşdırılıb. 116 kilovat/saat tutumlu dartma batareyası 470 kilometrlik yürüş ehtiyatını təmin edir.
Ancaq papamobilin qarşısına qoyulan məqsədlər üçün bütün bu göstəricilərin heç bir mənası yoxdur. Yeni papamobil Mercedes-Benz tərəfindən hədiyyə edilib və yaxın gələcəkdə xidmətə başlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.