Avtomobil istehsalçısının mətbuat xidməti yeniliyin bir həftədən sonra – Montereydə keçirilən zəriflik müsabiqəsində debüt edəcəyini bildirib. Dəbdəbəli kabriolet Mercedes-AMG SL modelinin bazasında hazırlanacaq - yəni o, kütləvi şəkildə istehsal olunan modelə əsaslanacaq. Almanlar kabrioleti sıfırdan yaratmaq ideyasından imtina ediblər. Düz səkkiz il əvvəl Vision Mercedes-Maybach 6 konsepti Pebbl-Biçdə nümayiş etdirilsə də, seriyaya getməyib.

Casuslar dəfələrlə Mercedes-Maybach SL modelinin prototipləri ilə rastlaşıblar, korporativ tizer isə, dəbdəbəli subbrend altında buraxılacaq versiyanın zahiri cəhətdən orijinaldan ciddi fərqlənmədiyini təsdiqləyir. Bamperlər, radiator barmaqlığı, buraxılış sistemlərinin çıxış boruları dəyişdiriləcək, kapotu firma Maybach nişanları ilə bəzədiləcək və təkər disklərin çeşidi şübhəsiz ki, genişləndiriləcək.

Maybach kabrioleti üçün əl ilə çəkilmiş zolaqlar da daxil olmaqla, orijinal livreyalar hazırlana bilər. Əlbəttə ki, kabrioletin təchizatına bolluca xrom və rahatlıq opsiyaları əlavə olunacaq. Şübhə yoxdur ki, əsas kimi tam ötürmə sistemi və səkkizsilindrli mühərriki olan versiya çıxış edəcək, bununla belə, güc qurğusu və transmissiya hamar gedişə uyğunlaşdırılacaq. Yəqin ki, 4,0-litrlik mühərrik 557 at qüvvəsi və 730 Nm-ə köklənəcək, bir sözlə, SL 680 indeksinə malik olan yenilik SL 63 və SL 55 modelləri arasında yerləşəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.