Mercedes-Benz öz tarixindəki ən böyük yeni məhsul buraxılışı proqramını açıqlayıb. 2027-ci ilə qədər onlarla yenilik, o cümlədən daxili yanma mühərrikləri ilə hərəkətə gələn modellər təqdim olunacaq. Bəzi bazarlarda hətta V12 mühərriki də təklif ediləcək, odur ki, xEV (elektromobillər və plagin hibridlər) modellərinin payı iki ildən sonra satışın 30%-dən çox olmayacaq.

Hələlik hər şey strategiyaya yenidən baxılması kimi görünmür, əksinə, bu daha çox fasilə etmək cəhdinə bənzəyir. Almanlar yanacaqlı və elektrik avtomobilləri üçün müxtəlif dizayn hazırlamaq fikrindən əl çəkiblər, buna görə də, onların dizaynı unifikasiya ediləcəklər.

Hər şey bu il iki versiyada debüt edəcək yeni CLA modeli ilə başlanacaq. Bundan sonra S-Class sedanı əsaslı təkmilləşdirmədən keçəcək və Mercedes-AMG modellərinin buraxılışları başlanacaq.

GLC, C-Class və E-Class modellərinin də elektrik versiyaları mövcud olacaq, onların hər birində Vision EQXX prototipi üzərində iş zamanı hazırlanmış texnologiyalardan istifadə ediləcək.

Modellər üçün bir neçə növ batareya təklif olunacaq: LFP, NMC və hibrid LMO/NMC. Sonuncular xüsusi enerji tutumuna görə NMC-yə yaxındır, lakin daha ucuz başa gəlirlər.

Daxili yanma mühərriklərinə gəlincə, onların hamısı bu və ya digər dərəcədə elektrikləşdiriləcək. Mühərrik çeşidinə gələcək Avro-7 standartlarına cavab verən dörd və səkkiz silindrli aqreqatlar daxil olacaq. 

Həmçinin, yeni steer-by-wire sisteminin işə salınması, maye ilə soyudulan hesablama platformasında texnoloji yığının, davranışsal süni intellektə əsaslanan virtual köməkçinin və firma avtopilotunun yenilənməsi planlaşdırılır.

Nəhayət, şirkət sabit xərcləri  aşağı salmağa davam edəcək - onlar üç il ərzində daha 10% azaltmalıdır. Eyni zamanda, rəhbər işçilərin sayı azaldılacaq, habelə rəqəmsallaşma və generativ süni intellektin rolu artırılacaq. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.