Keçən il Mercedes-Benz və İtalyan geyim istehsalçısı Moncler ilk birgə işlərini - Project Mondo G layihəsini təqdim ediblər. O, hətta konsept avtomobili deyil, qış gödəkçələrin istehsalı üçün istifadə olunan materialdan təkərləri və damı olan köhnə G-Class üslubunda sənət obyekti idi... İndi iki şirkət arasında tərəfdaşlıq daha praktik müstəviyə keçib və Şanxayda keçirilən tədbirdə ümumi Past II Future ideyasına malik olan iki avtomobil təqdim edilib.
Project G-Class Past II Future
Birinci avtomobil - Project G-Class Past II Future adlı şou avtomobilidir. O, yapon dizayneri Nigo (Tomoaki Naqao) tərəfindən yaradılıb. Dizayner 1990-cı illərin estetikasından ilham aldığını bildirib.
Konseptin əsasını W460 seriyasından olan G-Class ofrouderi təşkil edir. Avtomobil ciddi şəkildə bərpadan keçib və kuzovun ikirəngli boyanma sxeminə malikdir – ön tərəf zeytun yaşılı rənginə, kuzovun qalan hissəsi isə, tutqun boz rəngə boyanıb.
Mercedes-Benz G-Class Past II Future
Açıq ofrouder çıxarıla bilən qızıl rəngli çərçivə ilə təchiz olunub - onun üzərinə Moncler qış gödəkçələri üslubunda yumşaq sırıqlı dam bərkidilir. Ofrouderin obrazını “dişli” təkərlər və arxa tərəfdəki qızıl kanistr tamamlayır.
Konseptin salonu erkən G-Class modellərindən ilhamlanmış damalı parça ilə üzlənib. Kuzovun arxa tərəfinin skamyalar quraşdırılıb, yuxarıda adı çəkilən qızıl çərçivədə isə, tam ölçülü audiodinamikləri quraşdırmaq üçün bərkitmə nöqtələri var. Project G-Class Past II Future yeganə nüsxədə inşa olunub, Mercedes-Benz və Moncler arasında əməkdaşlığı təşviq edən reklam məqsədləri üçün nəzərdə tutulub.
Lakin Mercedes-Benz G-Class Past II Future artıq satış üçün nəzərdə tutulub. Bu, beşqapılı kuzovlu müasir seriya ofrouderidir və onun “qış gödəkçəsi” yoxdur. Bu avtomobil də zeytun yaşılı və tutqun boz rənglərdə eyni ikirəngli kuzov boyanmasına malikdir. Qara təkər diskləri, Moncler loqotipləri olan ehtiyat təkərinin çexolu və Past II Future nişanları quraşdırılıb. Ofrouderin interyeri də eyni damalı parça ilə işlənib və xatirə loqotipləri ilə tamamlanıb.
Mərkəzi tuneldə avtomobilin seriya nömrəsi həkk edilib, çünki Past II Future xüsusi versiyası 20 nüsxədə istehsal olunacaq. Müştərinin istəyi ilə o, G 500 benzin versiyası və ya G 450 d dizel versiyasının əsasında hazırlana bilər. Belə ofrouderlər 2025-ci ilin yazında müştərilərə çatdırılmağa başlayacaqlar, lakin qiymətlər, əlbəttə ki, açıqlanmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.