Hazırda Çinin SAIC konserninə məxsus olan MG brendi vaxtilə özünün idman avtomobilləri ilə məşhur olub. Bu gün də brendin model xəttində belə bir sportkar var: bu, bir il əvvəl nümayiş etdirilmiş MG Cyberster elektrik rodsteridir. Bu arada, SAIC konserni brendin şanlı keçmişini bir daha xatırlamaq qərarına gəlib və konseptual MG EXE181 hiperkarını təqdim edib.
Konsept 1957-ci ildə rekorda imza atmış eyniadlı prototipin şərəfinə belə adlandırılıb. Həmin avtomobil aerodinamik formaya və mexaniki kompressorun köməkliyi ilə 300 at qüvvəsi hasil edən yığcam 1,5-litrlik mühərrikə malik idi. Bu, pilotlar Stirlinq Moss və Fil Hilə 1959-cu ildə orijinal EXE181 modelini qurumuş Bonnevill duz gölündə 410,23 km/saata sürətlindərməyə imkan vermişdi.
Yeni MG EXE181 həmçinin yol səthinə sıxılan iti kuzova malikdir. Yalnız bir sürücünün yerləşdiyi avtomobil çox aşağı aerodinamik müqavimət əmsalı ilə öyünə bilər - cəmi 0,181! Bu görkəmli nəticə sadələşdirilmiş formalar, inkişaf etdirilmiş kuzov dəsti, aerodinamik təkər qapaqları və aktiv çəpərcikləri olan uzun quyruq sayəsində əldə edilib.
Kokpitdə yalnız bir kresloya, habelə üzərində displey və idarəetmə elementləri olan yığcam şturval üçün yer tapılıb. Konseptin ona 100 km/saata 1,9 saniyəyə sürətlənməyə imkan verən dörd elektrik mühərriki ilə hərəkətə gəldiyi bildirilir. Bundan başqa, əyləc paraşütləri də nəzərdə tutulub. Nə güc xarakteristikaları, nə də ki, maksimal sürət hələlik açıqlanmayıb.
Tərtibatçılar MG EXE181 hiperkarı haqqında daha ətraflı məlumatı onun Pekin avtosalonunda keçiriləcək ictimai təqdimatı zamanı açıqlamağa söz veriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.