Mini brendinin çoxdankı ənənəsinə əsasən, çeşiddəki ən güclü və sürücü yönümlü versiyalar John Cooper Works prefiksi ilə işarələnirlər. Bu, ingilis istehsalçısının Great Wall Motor konserni ilə birgə hazırladığı və Çində buraxılan ən yeni elektromobilləri üçün də keçərlidir. Bu qəbildən olan iki avtomobil Paris avtosalonunda debüt edib: üçqapılı Mini John Cooper Works Electric hetçbeki və beşqapılı Mini John Cooper Works Aceman krossoveri.

Mini John Cooper Works Aceman

Orijinal Mini Cooper E və Mini Aceman modelləri texniki cəhətdən eyni olduğundan, onların JCW versiyaları eyni reseptə əsasən yaradılıblar. Belə modellər aqressiv xarici kuzov dəstinə malikdirlər, firma radiator barmaqlığının təqlidi isə, qara rəngdə hazırlanıb. Kandarlar dəyişdirilib, arxa pəncərənin yan tərəflərində şaquli örtmə-stabilizator quraşdırılıb, arxa diffuzorun daha ifadəli təqlidi peyda olub. Hetçbek 18-düymlük təkər disklərinə malikdir, krossoverin “ayaqqabıları” isə, bir düym böyükdürlər.

Mini John Cooper Works Electric

Hər iki elektromobilin salonu eynidir. 240 millimetrlik dairəvi OLED displeyi quraşdırılmış ön panel var. O, təkcə Mini OS 9 qabığı olan mediasisteminə deyil, həm də cihazlar panelinin göstəricilərinə cavabdehdir, çünki burada sürücünün qarşısında ənənəvi cihazlar paneli yoxdur. JCW modifikasiyasının yeganə əlaməti tərtibatdakı qırmızı aksentlər və müvafiq nişanlardlr, çünki hətta adi Coopers və Acemen üçün relyefli ön oturacaqlar sifariş edilə bilər.

Mini John Cooper Works Electric

İki “qaynar” elektromobilin texniki hissəsi də eynidir. Ön oxda quraşdırılmış yeganə elektrik mühərriki 258 at qüvvəsi və 350 Nm-ə malikdir - yəni adi S-versiyalarına nisbətən artım 40 at qüvvəsi və 20 Nm təşkil edir. Əlavə 27 at qüvvəsini qısa müddətli boost rejimi təmin edir - məsələn, ötmə üçün. Nəticədə, hetçbek 100 km/saata 5,9 saniyəyə, krossover isə, 6,4 saniyəyə sürətlənir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki modelin maksimal sürəti 200 km/saatdır. Dartma batareyasının gücü də eynidir - 54,2 kilovat/saat (S-versiyalarında olduğu kimi), lakin pasport üzrə yürüş ehtiyatı dəyişir. Mini JCW Electric dolu batareya ilə WLTP dövrünə əsasən 371, Mini JCW Aceman isə, 355 kilometr məsafə qət edir. Digər təkmilləşdirmələrə daha çox sürücü yönümlü sükan və asqı parametrləri, həmçinin parlaq qırmızı supportları olan daha güclü əyləclər daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Baza modelləri kimi, hər iki JCW versiyası da Çində istehsal olunacaq, lakin Mini 2026-cı ildə İngiltərənin Oksford şəhərindəki əsas zavodda onların istehsalını təşkil etməyə söz verib. Yeni nəsil Mini John Cooper Works benzin hetçbeki də unudulmayıb: o, ilin sonuna qədər nümayiş etdirilməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.