1965-ci ildə Mini Cooper S hetçbekində çıxış edən Timo Myakinen və onun şturmanı Pol İster Monte-Karlo rallisində əfsanəvi qələbə qazanıblar: şirkətin ardıcıl ikinci qələbəsi yığcam modeli daha güclü yarış avtomobillərinə layiqli rəqib edib. İndi isə, istehsalçı həmin hadisələri xatırlatmaq üçün Mini Cooper 1965 Victory adlı xüsusi nəşri buraxmaq qərarına gəlib.

Yeni Mini Cooper 2023-cü ilin sentyabr ayında, elektrik versiyasında debüt edib. Hetçbek Çinin avtomobil istehsalçısı Great Wall ilə birgə hazırlanıb. Benzin versiyası 2024-cü ilin fevral ayında peyda olub və artıq payızda modifikasiya çeşidinə ənənəvi John Cooper Works prefiksini daşıyan "qaynar" versiyalar daxil edilib, özü də hər iki növ güc aqreqatı ilə.

1965 Victory versiyasında olan Mini Cooper hetçbeki qırmızı rəngli kuzova və kapotdan başlayaraq damın üzərindən arxaya doğru uzanan ağ zolağa malikdir. Yan panellərdə qalib avtomobilin nömrəsinə işarə edən böyük "52" rəqəmləri, arxa sütunlarında isə, "1965" etiketləri yerləşir. Qara və ya iki rəngli 18-düymlük təkər diskləri və panoram dam da mövcuddur.

Xüsusi nəşrin salonu JCW modellərinə xas olan qara-qırmızı rəng sxemində tərtibata malikdir. Xüsusi buraxılışın interyerində qapı kənarındakı lövhələrdə, idman sükanı və mərkəzi konsoldakı saxlama bölməsində "1965" rəqəmləri peyda olub. 

Digər xüsusi dekor tərtibatdakı ikirəngli aksentlər, "52" rəqəmi olan qrafika və sürücü qapısının kənarında yerləşən əfsanəvi yarış haqqında məlumat olan xatirə stikerindən ibarətdir.

"1965 Victory" xüsusi nəşri Mini Cooper S, John Cooper Works və John Cooper Works Electric versiyaları üçün əlçatandır. Standart Cooper S modeli yerindən 100 km/saata 6,6 saniyəyə sürətlənməni təmin edən 2,0-litrlik dördsilindrli turbomühərrik (204 at qüvvəsi, 300 Nm) ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Qaynar” John Cooper Works versiyasında eyni mühərrikin hasilatı 231 at qüvvəsi və 380 Nm-ə qədər artırılıb və bu da ona 100 km/saat həddini 6,1 saniyəyə yığmağa imkan verir. 258 at qüvvəli mühərriki olan John Cooper Works Electric 100 km/saat həddini 5,9 saniyəyə yığa bilir və 49,2 kilovat/saatlıq batareya isə, 371 kilometr məsafə qət etməyə imkan verir.

Mart ayından etibarən Mini 1965 Victory xüsusi nəşri baza hetçbekinin satıldığı bütün əsas bazarlarda tədricən satışa çıxarılacaq. Avropa satışlarına bu ilin iyul ayında başlamaq planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.