Honda ilə danışıqların iflasa uğramasından sonra Nissan yeni tərəfdaş axtarır. Böhran keçirən Nissan yenidən təkliflərə açıqdır və “Reuters” agentliyinin verdiyi xəbərdə yapon istehsalçısının hər hansı bir texnologiya şirkətini tərəfdaş kimi görmək istədiyi bildirilir. Apple smartfonu və digər qadcetlərinin yığılması ilə tanınan Tayvanın Foxconn şirkəti namizəd kimi nəzərdən keçirilir. İnsayderlərin adlarını açıqlanmaq istəmədikləri ABŞ şirkətləri ilə əməkdaşlıq da mümkündür.

Honda Nissan şirkətinə törəmə müəssisəsinə çevrilmək təklif etdikdən sonra, tərəflər birləşmə haqqında danışıqları dayandırıblar. İndi Nissan onu çətin vəziyyətdən çıxmağa kömək edəcək yeni tərəfdaş axtarır: payızda şirkətin 12-14 aydan sonra iflas olacağı proqnozlaşdırılırdı.

Foxconn şirkətinə gəlincə, onun Nissan şirkətinə olan marağı ötən ilin dekabrında açıqlanıb. Tayvanlılar hələlik gözləmə mövqeyi tuturlar. Sövdələşmə baş tutarsa, Nissan güclü investoru, Foxconn isə, yapon şirkətinin təcrübə və zavodlarına çıxış əldə edəcək. Eyni zamanda, Tayvan konserni konseptlərini 2022-ci ildə nümayiş etdirdiyi elektromobillərinin istehsalına bir addım yaxınlaşacaq.

Nissan şirkətinin rəhbərliyi yaponlar üçün əsas bazarlardan biri - ABŞ-dan olan böyük bir şirkəti tərəfdaş kimi görmək istəyir. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.