Zavod daxili L kod adı olan altıncı nəsil Opel Astra 2021-ci ildə hetçbek və universal kuzovlarında debüt edib. 2022-ci ildə isə, Astra Electric elektrik versiyası modifikasiya çeşidinə qoşulub. Lakin ailənin satışları heç də arzuolunan səviyyədə deyil: ilin birinci yarısında satışlar 35% azalaraq 29.000 avtomobilə düşüb.

Müqayisə üçün, Volkswagen Golf modeli 2025-ci ilin ilk altı ayında 104.000-dən çox alıcı tapıb. Buna görə də, Opel bu il Astra modelini ikinci dəfə yeniləmək qərarına gəlib: cari ilin yayında hibrid versiya texniki yenilənməyə məruz qalıb, indi isə, bütün versiyalar yenidən işlənmiş eksteryeri alıblar.

Astra modelinin dörd il əvvəlki təqdimatı zamanı General Motors konserninin mirasından imtina nümayiş etdirib. Alman modeli onu Peugeot 308 ailəsi ilə yaxınlaşdıran EMP2 platformasına keçib. Onun fransız qohumu yayın sonunda yenilənib, indi isə, növbə yığcam Opel modelinə çatıb.

Eksteryer dizaynzı tanınandır, əsas dəyişikliklər isə, ön hissədə baş verib. Opel Vizor firma radiator barmaqlığı indi işıqlandırılan Opel Blitz emblemini əhatə edən genişləndirilmiş LED tərtibata malikdir. 

Onlar birlikdə sonradan digər Opel avtomobillərində tətbiq ediləcək yeni firma üslubunu yaradırlar. Ön tərəfdə hava girişlərinin arasında parlaq qara örtmə quraşdırılmış yeni bamper var. Yan və arxa tərəflər əsasən dəyişməz qalıblar, bununla belə, çeşidə yeni 17 və ya 18 düymlük təkər diskləri əlavə edilib.

İnteryer də əsasən dəyişməz qalır, lakin əvvəllər yalnız daha yüksək səviyyəli modellərin imtiyazı olan erqonomik Intelli-Seats oturacaqları artıq standart təchizata daxildirlər. Onlar təkrar emal olunmuş xammaldan alınmış ReNewKnit materialı ilə üzləniblər.

Oturacaqlar çoxmərhələli isitmə, elektropnevmatik bel dəstəyi, masaj və yaddaş funksiyaları, habelə elektrik ötürməsi təchiz edilə bilərlər.

Ön paneldə vahid blokda birləşdirilmiş iki 10 düymlük displey var – onlar cihazlar panelinin və media sisteminin işinə cavabdehdirlər, lakin istehsalçı elektron sistemlərin interfeysinin sadələşdirildiyini və istifadəçi üçün daha rahat olduğunu iddia edir.

Astra Electric eyni platformanı paylaşdığı Peugeot E-308 modeli kimi, daha tutumlu 400 voltluq, 58 kilovat/saatlıq batareyaya malikdir (əvvəllər 54 kilovat/saat), bu da pasport üzrə gediş məsafəsinin 418-dən 454 kilometrə qədər artırır və xarici V2L (Vehicle to Load) qurğularını qidalandırmaq imkanını verir. Ön oxdakı 156 at qüvvəli elektrik mühərriki eynidir.

Digər güc aqreqatları haqqında təfərrüatlar hələlik açıqlanmayıb. Hal-hazırda, giriş səviyyəli modellər altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 130 at qüvvəli 1,2-litrlik üçsilindrli benzin turbomühərriki ilə təchiz olunurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni avtomatik transmissiya ilə tandemdə çalışan 1,5-litrlik turbodizel (130 at qüvvəli) də əlçatandır. Bundan başqa, çeşiddə 1,2-litrlik benzin turbomühərrikinə əsaslanan mülayim hibrid (145 at qüvvəsi), eləcə də 196 və 225 at qüvvəsinə malik olan iki plagin hibrid sistem var. Ötürmə - yalnız ön oxadır.

Yenilənmiş Opel Astra ailəsinin tamölçülü debütü 9 yanvar tarixində keçiriləcək Brüssel avtosalonunda baş tutacaq, ardınca isə, Avropa bazarında satışa çıxarılacaq. Qiymətlər və ətraflı texniki xüsusiyyətlər debütə yaxın açıqlanacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.