GTI prefiksi təkcə Volkswagen tərəfindən istifadə edilmir: belə işarələnməyə malik olan Peugeot avtoomobilləri 40 il bundan əvvəl peyda olublar. İlk belə model 1984-cü ildə debüt etmiş, Fransa və digər Avropa ölkələrində məşhurlaşan “qaynar” Peugeot 205 GTi hetçbeki olub.

GTi modellərinin tarixinə 2018-ci ildə, Peugeot 208 GTi hot-hetçinin istehsalının dayandırıldığı zaman son verilib. Lakin indi fransızlar bu hekayəni davam etdirmək qərarına gəliblər: Fransada Peugeot E-208 GTi hetçbeki təqdim olunub və o, adından da göründüyü kimi, elektromobildir.

Yeni top versiya Peugeot Sport bölməsinin mühəndislərinin iştirakı ilə yaradılıb, lakin bütün elektrik avadanlıqları minimal dəyişikliklərlə müvafiq Lancia Ypsilon HF, Alfa Romeo Junior Veloce və Abarth 600e modellərindən köçürülüb.

Bu trio kimi, Peugeot E-208 GTi hetçbeki də ön oxda 280 at qüvvəsi və 345 Nm hasil edən yeganə elektrik mühərriki ilə təchiz edilib. Yüksək sürtünməli differensial standartdır. 54 kilovat/saatlıq standart CATL dartma batareyası daha səmərəli soyutma sistemi ilə təchiz edilib.

Peugeot E-208 GTi bu kvartetdəki ən yığcam avtomobildir və buna görə də, ən dinamik olandır: ilk “yüzlüyə” sürətlənmə Lancia hetçbekindəki 5,8, Abarth və Alfa Romeo krossoverlərindəki 5,9 saniyə əvəzinə 5,7 saniyə çəkir.

Lakin bu trionun maksimal sürəti 200 km/saatdırsa, Peugeot hot-hetçinin maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. WLTP dövrünə uyğun olaraq dolu batareya ilə yürüş məsafəsi 350 kilometrdir, SC şarjın gücü 100 kilovat təşkil edir.

Həmişə olduğu kimi, “qaynar” hetçbek alıcıları dinamikası ilə deyil, sürücüyönümlü xarakteri ilə cəlb etməlidir. Buna görə də, Peugeot E-208 GTi yeni yaylar və amortizatorları almış yenidən işlənmiş asmaya malikdir.

Klirens baza hetçbeki ilə müqayisədə 30 millimetr azaldılıb, ön təkər izi 56 millimetr, arxa təkər izi isə, 27 millimetr genişləndirilib və arxa oxda stabilizator peyda olub.

Hetçbekin 18 düymlük orijinal təkər diskləri tarixi Peugeot 205 GTi modeli ilə eyni üslubda hazırlanıb və Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz olunurlar. Sükan idarəetməsi yenidən sazlanıb: indi o, baza hetçbekindəkindən daha iti və daha həssasdır.

Ön oxda dördporşenli supportları və 355 millimetrlik diskləri olan əyləc mexanizmləri (arxa əyləclər standart olaraq qalıblar) quraşdırılıb. Nəhayət, stabilizasiya sistemində Sport rejimi peyda olub.

GTi versiyasının digər xüsusiyyətlərinə təkər tağlarının genişləndiriciləri, arxa bamperdəki diffuzor, beşinci qapıdakı böyüdülmüş spoyler, habelə radiator barmaqlığı və faralardakı əlavə qırmızı dekor daxildir.

Salonda inteqrasiya olunmuş başlıqları olan idman ön oturacaqları, bol qırmızı dekor (hətta təhlükəsizlik kəmərləri bu rəngdə hazırlanır), qalın sükan çarxı və yeni ekran qrafikası var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Peugeot E-208 GTi bu ilin sonunda Avropa bazarına çıxacaq. Özü də onun bazardakı əsas rəqibi başqa bir “qaynar” elektrokar - Alpine A290 hetçbeki olacaq. Qeyd emək lazımdır ki, bu hot-hetç hətta 43 min avroya satılan GTS top versiyasında 220 at qüvvəsi təklif edir.

Yeni Peugeot hot-hetçinin qiyməti hələlik açıqlanmayıb, lakin onun baha olacağı aydındır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.