Toyota RAV4 krossoveri ötən yaz altıncı nəslə qədəm qoyub. Yaponiyada satışlar ilin sonunda başlayıb, lakin o vaxt yalnız qoşulmayan hibridlər təklif olunurdu. İndi isə, Toyota vətənində qoşulan hibrid güc qurğusu ilə təchiz edilən RAV4 modelini təqdim edib.

Qoşulan hibrid Yaponiyada Z və GR Sport komplektasiyalarında mövcuddur. Birincisi, digərlərindən fərqli hava girişləri və ön bamperdəki örtmələr ilə fərqlənir, sol ön qanadda isə, şarj portunu gizlədən qapaq nəzərdə tutulub.

Toyota RAV4 GR Sport versiyasının ön hissəsi özünəməxsus tərtibatı ilə seçilir: “idman” versiyası radiator barmaqlığının başqa hüceyrələrinə və inteqrasiya olunmuş duman işıqları olan daha böyük yan hava girişlərinə malikdir.

Belə versiyada dam reylinqləriindən imtina edilib, lakin baqaj qapağındakı spoylerə və bamperdəki diffuzorun xüsusi tərtibatına sahib olub. Nəhayət, GR Performance amortizatorları və xüsusi dayaqlar quraşdırılıb,  arxa asqı komponentləri isə, gücləndirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Plagin qurğusunun tərkibinə 186 at qüvvəli 2,5-litrlik benzin mühərriki, elektromexaniki variator və arxa oxdakı elektrik mühərriki daxildir. E-Four tam ötürmə sistemi ilə birlikdə güc qurğusunun ümumi hasilatı 329 at qüvvəsi təşkil edir. 22,1 kilovat/saatlıq batareya sırf elektrik dartması ilə Z versiyasına 151 kilometrə qədər (WLTC), GR Sport versiyasına isə, 145 kilometrə qədər gediş etməyə imkan verir.

Plagin hibridlərin tamölçülü satışlarına 9 martda başlanmalıdır. Toyota RAV4 Z versiyasının Yaponiyadakı satış qiyməti 6 milyon yen (38.500 ABŞ dolları), RAV4 GR Sport versiyasının isə, 6,3 milyon yen (40.400 ABŞ dolları) olacaq. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.