Porsche şirkəti onsuz da çoxsaylı versiyalara malik olan 911 idman avtomobilinin modifikasiya çeşidini genişləndirmək üçün yeni üsula əl atıb. 2024-cü ildə debüt etmiş 992 ailəsinin planlaşdırılan yeniləməsinin bir hissəsi olaraq, almanlar 911 GT3 modelinin yeni açıq kuzovlu versiyasını - 911 GT3 S/C rodsterini təqdim ediblər. O, hələlik təqdim olunmamış məhdud sayda buraxılacaq Porsche 911 Speedster modelinə ən əlçatan alternativ kimi mövqeləndirilir. Üstəlik, bu model GT3 xəttində trek yönlü ilk kabrioletdir.

Porsche 911 GT3 S/C zahiri cəhətdən klassik GT3 versiyasına çox bənzəyir: inkişaf etmiş aerodinamik kuzov dəsti, havalandırma dəlikləri olan kapot və mərkəzi kilidləri olan müxtəlif ölçülü təkər diskləri. Öndə 20 düymlük, arxada isə, 21 düymlük təkər diskləri quraşdırılır.

Bununla belə, Porsche mühəndisləri çəkini əhəmiyyətli dərəcədə azaltmaq üçün müəyyən işləri həyata keçiriblər: bir sıra kuzov panelləri Porsche 911 S/T yubiley versiyasından götürülmüş yüngül karbon komponentlər ilə əvəz edilib ki, bu da kabrioletin qatlanan damının mexanizminin çəkisini kompensasiya etməyə imkan verib. Kapot, ön qanadlar və qapılar karbondan, təkər diskləri isə, daha yüngül maqnezium ərintisindən hazırlanıb. 

Bundan əlavə, S/C versiyasında standart GT3 modeli üçün xarakterik olan böyük arxa antqanad quraşdırılmayıb, lakin yüngül karbon-keramik mexanizmləri olan PCCB əyləc sistemi və karbonplastikdən köndələn dayanıqlılıq stabilizatoru onun baza təchizatına daxil edilib.

Yeni modelin interyeri də yüngülləşdirilib. 911 S/T modelində olduğu kimi, burada da xüsusi döşəmə örtükləri, karbonplastik qapı tutacaqları və qapıları açmaq üçün parça ilgəklər var. Arxa oturacaqlardan tamamilə imtina edilib - kabriolet yalnız iki oturacaqla təklif olunur.

Sports Seats Plus kresloları standartdır, əlavə ödəniş müqabilində isə, karbonplastikdən “çalovları” quraşdırmaq olar. Bundan başqa, əlavə ödəniş qarşılığında oturacaqların arxasına 80 litrlik baqaj qutusu quraşdırıla bilər.

Kabrioletin təchizatına həmçinin dəlikli dəri ilə üzlənmiş idman sükan çarxı, qırmızı tikişli dəri və tikmə-naxışlı loqotip ilə tərtibat, habelə trek günləri üçün uyğunlaşdırılmış rəqəmsal cihazlar paneli daxildir.

Parça dam xüsusi diqqətə layiqdir. Porsche mühəndisləri onun konstruskiyasını əhəmiyyətli dərəcədə yenidən işləyiblər: çərçivə elementləri və arxa pəncərənin çərçivəsi maqneziumdan hazırlanır.

Bununla belə, yumşaq tavan əvvəlki kimi, 50 km/saata sürətlərdə avtomatik olaraq 12 saniyəyə qatlanıb açıla bilir. Qara rəngli ön şüşə çərçivəsi vizual olaraq damı tamamlayır. Rodster həmçinin 120 km/saat sürətində effektiv olan külək əleyhinə ekrana malikdir.

Kupedən tanış olan 4,0-litrlik altısilindrli atmosfer mühərriki 510 at qüvvəsi və 450 Nm hasil edir və 9000 dövr/dəqiqəyə qədər sürətlənmə qabiliyyətinə malikdir. Bu mühərrik yalnız altı pilləli mexaniki transmissiya ilə birləşdirilir – kupe üçün standart olan PDK “robotu” nəzərdə tutulmayıb. Bu, yüngülləşdirilmiş batareya ilə birlikdə rodsterin çəkisini 1497 kiloqram səviyyəsində saxlamağa imkan verib - standart GT3 modelində olduğundan 35 kiloqram çox.

Nəticədə, dinamik göstəricilər dəyişməz olaraq qalır: kabriolet 100 km/saat həddini 3,9 saniyəyə toplayır və 313 km/saatlıq maksimal sürətə malikdir. Bununla belə, S/C versiyası Touring paketi ilə təchiz olunmuş GT3 modeli ilə müqayisədə elə də sərt olmayan asqıya malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche 911 GT3 S/C modelinə sifarişlərin qəbuluna artıq başlanılıb. Almaniyada kabrioletin qiyməti ən azı 269.000 avro, kupenin qiyməti isə, 209.000 avrodur. Fərdiləşdirməni sevənlər üçün opsional Street Style paketi hazırlanıb: onun tərkibinə dekorativ kuzov qrafikası, qırmızı təkər diskləri, qızılı rəngli əyləc supportları, tündləşdirilmiş optika, oturacaqların dama-dama parçadan örtüyü olan salonun seçilən qırmızı interyer tərtibatı və trasnmissiyanın qoz ağacından başlığı olan dəstəyi daxildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.