Porsche şirkəti Panamera liftbəkinin çeşidini iki yeni versiya ilə genişləndirib: bunlar V8 biturbo mühərriki ilə hərəkərə gələn GTS “drayver” versiyası və yeni Bentley Continental GT Speed modelindən tanış olan hibrid güc qurğusu ilə təchiz edilmiş Turbo S E-Hybrid modifikasiyalarıdır. Hər iki güc qurğusu Avro-7 ekoloji sinifinə uyğundur.

Mühərriklər single-scroll tipli iki turbokompressorla təchiz olunub və modernləşdirmədən sonra daha yüksək istilik yüklənmələrinə tab gətirə bilən səkkiz pilləli PDK qutusu ilə tandemdə çalışırlar. Yeni Panamera Turbo S E-Hybrid ümumi hasilatı 782 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edir ki, bu da sələfində olduğundan 82 at qüvvəsi və 130 Nm çoxdur.

Porsche Panamera Turbo S E-Hybrid

Hibridin ilk "yüzlüyə" sürətlənməsi 2,9 saniyə çəkir, maksimal sürəti isə, 325 km/saatdır. WLTP EAER City dövründə elektrik dartması ilə qət edilən məsafə 88 kilometrdir. Belə Panamera üçün PCCB keramika əyləcləri, stabilizatorun rolunu bütün dörd dayaqları birləşdirən hidravlik dövrəsi olan Active Ride asqısı, həmçinin Bose səs sistemi standart təchizatdır.

Karbonplastikdən aerodinamik elementləri olan opsional Carbon Aerokit dəsti də mövcuddur. O, ön oxda demək olar ki, qaldırici qüvvənin olmamasını və 200 km/saat sürətilə hərəkət zaman 60 kiloqram daha çox yerəbasma qüvvəsi vəd edir.

Porsche Panamera GTS

Aerokit olduqca funksionaldır, bunu Executive Cars sinfində qeydə alınmış Nürburqrinqin yeni rekordu sübut edir. Yeni Panamera Turbo S E-Hybrid əfsanəvi treki 7:24,172 qət edib ki, bu da əvvəlki Panamera Turbo S modelindən 5,64 saniyə, Mercedes-AMG GT 63 S 4Matic+-modelindən 3,63 saniyə yeyin qət edib.

Rekord cəhdi üçün liftbək təhlükəsizlik qəfəsi və sürücünün idman oturacağı ilə təchiz ediblər, başqa cəhətdən rekordçu seriya modelindən fərqlənməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Panamera GTS versiyası nə rekord hasilatı, nə də dinamikası ilə öyünə bilməz: müvafiq olaraq 500 at qüvvəsi və 3,8 saniyə. Liftbək gündəlik sportkari kimi mövqeləndirilib və artıq “bazada” hündürlüyü 10 millimetr aşağı salınmış asqı, adaptiv amortizatorlar və aktiv PTV Plus differensialı ilə təchiz edilib.

Zahiri cəhətdən avtomobili tutqun qara dekoru, Dark Bronze rəngində çıxış boruları və mərkəzi bərkitməsi olan 21-düymlük təkər diskləri ilə seçmək olar. Salonda standart Sport Chrono paketinin tərkib hissəsi olan Race-Tex mikrofiberdən üzlüyü, saniyəölçən və push-to-pass düyməsini görmək mümkündür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.