Bu ilin əvvəlində Porsche Taycan elektrokarı planlaşdırılmış restaylinqdən keçib, lakin həmişə olduğu kimi, bütün versiyalar yenilənməyib. Çeşid tədricən genişləndirilib: ekstremal Taycan Turbo GT mart ayında debüt edib, indi isə, modelin daha iki versiyası təqdim olunub - Taycan GTS (sedan, universal və kross-universal) sürücü versiyası və nisbətən zəif Taycan 4 sedanı.
Yenilənmiş Porsche Taycan GTS modeli yenilənmədən əvvəlki avtomobillərdən nəzərəçarpacaq dərəcədə güclü və dinamik olub. İki elektrik mühərriki indi 598 at qüvvəsinin əvəzinə 700 at qüvvəsi hasil edir. Fırlanma anı isə, əskinə azaldılıb: o, 850-dən 790 Nm-ə endirilib.
Porsche Taycan GTS
Düzdür, launch control rejimində maksimum güc cəmi on saniyə ərzində əlçatandır, onsuz elektrik mühərrikləri əvvəlki 517 at qüvvəsinin əvəzinə 605 at qüvvəsi hasil edırlər.
100 km/saata sürətlənmə 3,3 saniyə, 200 km/saata isə, 10,4 saniyə çəkir. Bu, əvvəlkindən müvafiq olaraq 0,4 və 1,6 saniyə yeyindir. Taycan GTS standart ¼ mil məsafəsini 11,1 saniyəyə qət edir. Lakin maksimal sürət dəyişməyib - 250 km/saat.
Porsche Taycan GTS
GTS zahiri cəhətdən digər versiyalardan Sport Design kuzov dəsti və 20-düymlük Turbo S diskləri ilə fərqlənir. Dəri və Race-Tex materialı ilə üzlənmiş salonda çoxkonturlu Adaptive Sports Plus oturacaqları və qızdırılan sükan çarxı quraşdırılır. Effektiv gücü 97 kilovat/saat olan dartma batareyası NEDC dövrünə əsasən 628 kilometrlik gediş üçün kifayət etməlidir.
Porsche Taycan 4 çeşiddə əvvəllər də idi, lakin yalnız hündürləşdirilmiş Cross Turismo universalı (bu, baza versiyasıdır) qiyafəsində təklif olunurdu. İndi Taycan 4 həm də sedan kuzovu ilə təklif edilir və ailədəki ən əlçatan tamötürməli modifikasiyadır.
Porsche Taycan 4
İki elektrik mühərriki 435 at qüvvəsi hasil edir. İlk “yüzlüyə” elektromobil 4,6 saniyəyə sürətlənir, maksimal sürət isə, 230 km/saatdır. Taycan 4 modeli 82,3 və ya 97 kilovat/saat effektiv tutumu olan batareyaların enerjisinə qənaət etmək üçün, ön elektrik mühərrikini söndürərək arxa ötürməli ola bilər.
İlkin paketə matrisa faraları, adaptiv pnevmatik asqı və 19 düymlük təkər diskləri daxildir.
Taycan GTS və Taycan 4 versiyaları hazırda 17 versiyanı (müxtəlif kuzov növləri hesaba alınmaqla) ehtiva edən ailənin yenilənməsini tamamlayırlar. Yeni variantlar 2025-ci ilin birinci rübündə dilerlərə çatdırılacaqlar, lakin onları artıq sifariş etmək olar.
Almaniyada Porsche Taycan 4 sedanının qiyməti 106 min avrodan başlayır, Taycan GTS versiyası üçün isə, ən azı 148 min avro ödəmək gərəkdir. Yeri gəlmişkən, bu ilin ilk 9 ayında Taycan modelinin satışları 50% azalıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.