“Yaşıl” ofrouderin buraxılacağı ötən ilin dekabrında elan edilib və yalnız indi JLR konserni yeniliyin kamuflyaj örtüyü olmadan ilk tam ölçülü şəkillərini paylaşıb. Şəkillər, Range Rover Electric ofrouderinin Birləşmiş Ərəb Əmirliyindəki səhrada isti iqlim şəraitindəki sınağı zamanı çəkilib – çöldəki temperatur +50 dərəcə Selsiyə çatıb. Qış sınaqları isə, bu yaz İsveçdə mənfi 40 dərəcədə keçirilib.
Artıq Range Rover Electric modelinə ətraflı şəkildə baxmaq olar: onun radiator barmaqlığının yerində kiçik üfüqi kəsikləri olan bağlı panel yerləşir, arxada isə, buraxılış sisteminin çıxış boruları yoxdur. Ön tağların arxasında, yan tərəflərdə U-formalı gümüşü rəngli elementlər, arxadakı üçüncü dayaqların altında isə, ensiz xrom əlavələr var.
Range Rover elektromobili yanacaqlı versiyalarının inşa edildiyi MLA platformasına əsaslanır. Elektrik ofrouderi 800 voltluq elektrik sisteminə sahib olacaq, onun texniki xarakteristikası isə, şayiələrə görə, kapotunun altında V8 mühərriki olan Range Rover ilə müqayisə edilə biləcək.
Bir sözlə, 600 at qüvvəsi səviyyəsində hasilatı və 100 km/saata 4,5 saniyəyə sürətlənməni gözləmək olar.
Əvvəllər elektromobilin aktiv səs-küyün azaldılması sistemini alacaq, həmçinin 850 millimetrə qədər dərinliyi olan çay keçidini (demək olar ki, Land Rover Defender kimi) qət edə biləcək.
Range Rover Electric-in istehsalı Range Rover-in bütün modifikasiyalarının yığıldığı Solihulldakı (Böyük Britaniya) JLR zavodunda təşkil edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.