Qarşıdan gələn Paris avtosalonunda Renault şirkətinin stendinin ulduzu Renault 4 seriya retrokrossoveri olmalıdır. Lakin onunla yanaşı, stenddə daha bir möhtəşəm avtomobil nümayiş etdiriləcək. Bu, Renault Embleme konsept avtomobilidir və fransızlar onun vasitəsi ilə eyni anda bir neçə fəaliyyət istiqamətini göstərmək niyyətindədirlər.

Hər şeydən əvvəl konsept çox zərif və iridir. Konsept avtomobili Renault şirkətinin tamamilə retro dizayna keçmək niyyətində olmadığını və hələ də iri avtomobillər seqmentində rəqabət aparmaq istəyini göstərir. Renault Embleme uzunluğu 4,8 metr və hündürlüyü 1,52 metr olan cəlbedici beşqapılı şutinq-breykdir.

Renault mühəndisləri konseptin aerodinamikası üzərində BWT Alpine F1 yarış komandası ilə birlikdə işləyiblər: konseptin aktiv arxa diffuzoru, güzgüləri əvəzləyən kameraları (onlar ön təkər tağlarında yerləşirlər), aerodinamik qapaqları olan diskləri və bir sıra maraqlı elementləri var.

Bununla belə, elan edilmiş Cx əmsalı (0,25) elə də heyrətamiz deyil: Çində əmsalı 0,2-dən az olan avtomobillər seriya şəklində istehsal olunurlar. Şou-karın salonu hələlik nümayiş etdirilməyib.

İkincisi, Renault Embleme konsepti Ampere bölməsi tərəfindən hazırlanmış qabaqcıl güc aqreqatı ilə təchiz edilir. Bu, arxa oxda 218 at qüvvəli yeganə dartma elektrik mühərriki olan AmpR Medium platformasında inşa edilmiş elektromobildir.

Qısa səfərlər üçün 40 kilovat/saatlıq litium-ion NMC batareyası istifadə olunur, uzaq səfərlər üçün isə, hidrogen qidalanması nəzərdə tutulub.

Avtomobil 30 kilovat (41 at qüvvəsi) elektrokimyəvi generatora və 2,8 kiloqramlıq hidrogen ballonu var. Generator dartma batareyasını hərəkətdə olaraq doldura bilər. Proses zamanı su ayrılır. Bəs tam dolu yanacaq çəni və batareya ilə yürüş ehtiyatı nə qədərdir?

Tərtibatçılar bunu çox hiyləgər şəkildə təsvir edirlər: yolda batareyanı doldurmadan, lakin iki dəfə hidrogen doldurmaq (çox vaxt aparmayan) ilə 1000 kilometr. Avtomobilin təchiz olunmuş çəkisi 1750 kiloqramdır.

Üçüncüsü, Renault Emblem karbon izini kökündən azaltmaq məqsədi ilə hazırlanıb. Renault, belə bir hidrogen-elektrik hibridinin tam həyat dövrü ərzində (buraya avtomobilin istehsalı, 200 min kilometrlik istismarı və sonradan utilizasiyası daxildir) atmosferə beş ton CO2 buraxacağını hesablayıb.

Müqayisə üçün: Renault Captur benzin krossoveri eyni sikl ərzində atmosferə 50 ton, elektriklə işləyən Renault Megane E-Tech isə, 24 ton karbon qazı atır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu məqsədə çatmaq üçün Embleme təkrar emal edilmiş materiallardan və hətta bəzi komponentlərin (məsələn, digər avtomobillərdən) yenidən quraşdırılması ilə layihələndirilmişdir. Belə avtomobillərin istehsalında bərpa olunan enerjidən istifadə olunması planlaşdırılır.

Doğrudur, fransızlar Renault Embleme modelinin seriya istehsalı perspektivləri barədə məlumat verməyiblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.