Britaniyanın RML Group şirkəti, ilk növbədə, avtoidman həvəskarlarına dözümlülük yarışları və turinq çempionatları üçün nəzərdə tutulmuş çoxsaylı yarış avtomobillərinin yaradıcısı kimi tanınır. Onun portfelinə xırda seriya ilə buraxılan yol avtomobilləri də daxildir - məsələn, Nissan GT-R idman avtomobilinin texnikasını almış Nissan Juke-R krossoveri və ya Aston Martin Vulcan superkarı.
İki il əvvəl şirkət öz brendi altında ilk modeli - RML Short Wheelbase kupesini buraxıb. Bu il RML Group özünün 40 illik yubileyini qeyd edir və bu münasibətlə Porsche 911 Turbo S modelinin bazasında yaradılmış RML P39 superkarını nümayiş etdirib.
Alman superkarının kuzovu əhəmiyyətli dərəcədə yenidən işlənib. Təkcə aerodinamik dayaq deyil, həm də bütün xarici kuzov panellər, o cümlədən ön hava yönləndiricisi və qapılar kompozitdən hazırlanıb. Yeni arxa tərəf standartdan ciddi dərəcədə böyükdür və özündə iri diffuzor və antiqanadı daşıyır. Hətta təkər bazası cəmi 25 millimetr (2475 millimetr) olsa da artırılıb.
Bütün dəyişikliklər nəticəsində RML P39 ölçülərinə görə orijinal Porsche 911 Turbo S kupesindən xeyli böyükdür: onun uzunluğu 4700 millimetr (+ 170 millimetr), eni isə, 1990 millimetr (plus 90 millimetr) təşkil edir. Təkər izi də 100 millimetr genişləndirilib. Ön tərəfdə 20, arxada isə 21 düymlük döymə təkər diskləri quraşdırılıb.
Arxa kuzov çıxıntısında, əvvəlki kimi, 3,75-litrlik altısilindrli oppozit biturbo mühərriki yerləşir. RML mühəndisləri onu daha səmərəli turbokompressorlar, təkmilləşdirilmiş giriş və soyutma sistemləri ilə təchiz ediblər. Buraxılış sistemi istiliyədavamlı Inconel ərintisindən hazırlanıb. Bundan əlavə, mühərrikin yeni idarəetmə bloku quraşdırılıb.
Nəticədə, oppozit mühərrikinin hasilatı 650 at qüvvəsi və 800 Nm-dən 912 at qüvvəsi və 1000 Nm-ə qədər artıb. İlk “yüzlüyə” sürətlənmə vaxtı seriya kupesindəki 2,7 saniyəyə qarşı 2,5 saniyə təşkil edir, maksimal sürət dəyişməyib - 330 km/saat.
İngilislər aerodinamika üzərində də diqqətlə işləyiblər. 285 km/saat sürətində inkişaf etmiş kuzov dəsti və uzadılmış arxa tərəf orijinal Porsche 911 Turbo S modelindəki 204-ə qarşı 923 kiloqram ekvivalentində yerəbasma qüvvəsini təmin edir.
Bundan başqa, RML modeli hətta 911 GT3 RS trek sportkarını da üstələyir: 240 km/saat sürətində 617-ə qarşı 662 kiloqram. Adaptiv asqı iki iş rejiminə malikdir: yarış Track Mode rejimi və daha yumşaq Tour Mode rejimi.
Bütün təkmilləşdirmələrin nəticəsi Nürburqrinqdəki əla dövrə vaxtı olub. Düzdür, o hələlik hesablama vaxtıdır: 6 dəqiqə 45 saniyə! Müqayisə üçün qeyd edək ki, 911 GT3 RS 4 sportkarı saniyə, orijinal Turbo S modeli isə, cəmi 32 saniyə geri qalır.
Əlbəttə ki, belə ciddi və bacarıqlı superkar ucuz başa gəlmir. RML şirkəti P39 üçün ən azı 495 min funt sterlinq istəyir və bu məbləğə donor Porsche 911 Turbo S modeli daxil deyil! 40SE yubiley tərtibatına və qırmızı rəngli kuzova malik olan sportkarların ilk partiyası 10 nüsxəlik tirajla buraxılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.