Rolls-Royce şirkəti mütamadi olaraq öz pərəstişkarlarını istehsal etdiyi avtomobillərin eksklüziv xüsusi versiyalarının buraxılışı ilə sevindirir. Adətən, belə avtomobillər xüsusi sifarişlə və yeganə nüsxədə inşa edilirlər. Bununla belə, bu il yeni xüsusi buraxılışın yaradılması üçün həqiqətən əlamətdar bir səbəb var: əfsanəvi Rolls-Royce Phantom 100 yaşını qeyd edir!
Bu əlamətdar ildönümünü qeyd etmək üçün, Rolls-Royce mütəxəssislərinin bütün sənətkarlıqlarını tətbiq edildiyi, habelə dekor və tərtibat materiallarından istifadədə heç bir məhdudiyyətin olmadığı xüsusi Phantom Centenary Private Collection sedanını yaradılıb.
“Yüzillik” Phantom sedanının ikirəngli boyanması Hollivudun qızıl dövründən ilhamlanaraq yaradılıb və xüsusi parlaq metal işıltıya malikdir. Buna nail olmaq üçün, kuzovun açıq rəngli alt və tünd rəngli yuxarı hissəsi ikiqat şüşə piqmenti olan xüsusi lak ilə örtülüb, üstəlik, standart şəffaf hissəciklər əvəzinə şampan rəngli hissəciklərdən istifadə edilib.
Müasir firma “Vəcdin Ruhu” heykəlciyi Phantom modelinə quraşdırılmış ilkin variantın replikası ilə əvəzlənib. Davamlılıq üçün o, 18 karatlıq (750 əyarlı) qızıldan hazırlanıb və 24 karatlıq (999 əyarlı) qızıl suyu ilə örtülüb.
“Vəcdin Ruhu” yubiley nəşrinin adı yazılmış emal örtüklü bazaya əl ilə quraşdırılıb. Avtomobilin ön, arxa və yan hissələrini bəzəyən firma emblemlərində də qızıl və emaldan istifadə olunub. Hər birində 25 oyma xətti olan xüsusi təkərlər quraşdırılıb ki, bu da ümumilikdə 100 yubiley xətti deməkdir.
Phantom Centenary modelinin interyeri qarışıq tərtibata malikdir: 100 əvvəl olduğu kimi, ön “şofer” oturacaqları dəri, arxa “sahib” oturacaqları isə, nəfis parça ilə örtülüb. Bu materialın birinci təbəqəsi Phantom modelinin ən qədim tarixindən götürülmüş “artefaktların” çap olunmuş təsvirlərini, ikinci təbəqəsi isə, tarixi modelləri əks etdirir.
Üçüncü xarici təbəqə, Phantom modelinin əvvəlki nəsillərinin ən məşhur yeddi sahibini təsvir edən tikmənaxışdan ibarətdir. Rolls-Royce tarixindəki ən mürəkkəb oturacaq örtüyünün yaradılmasına 12 aydan çox vaxt və 160.000 tikmənaxış sərf edilib. Öndəki dəri oturacaqlar Phantom 100 illik tarixindən götürülmüş simvolik anlarin basmanaxışları ilə bəzədilib.
Ön paneldə Anthology Gallery adlanan dekor elementi yerləşir ki, bu da 3D printerində çap edilmiş və kitab səhifələrini xatırladan 50 ədəd alüminium lövhədən ibarətdir. Bu sənət əsəri pulsasiya edən arxa işıqlandırmaya malikdir ki, o da alüminium həddlərdəki yaradılan parıldamalar sayəsində atəşfəşanlığı xatırlatmalıdır.
Phantom Centenary modelinin digər diqqətəlayiq xüsusiyyəti, modelin tarixindən götürülmüş müxtəlif kompozisiyaları əks etdirən ağacdan hazırlanmış dekorativ panellərdir. Onlar üçölçülü ağac inkrustasiyası, habelə mürəkkəb və qızıl əlavə etməklə həyata keçirilən lazer oyması ilə yaradılıblar.
Ən naik 24 karatlıq qızıldan hazırlanmış qızıl sap, salon boyunca düzülmüş ağacdan örtmələrdən keçir və uzunluğu 100 il olan yolu simvolizə edir. Firma “ulduz tavanı” 440.000 ilmə ilə bəzədilib və dinamik LED işıqlandırmaya malikdir.
Kapotun altında da dəyişikliklər var, lakin onlar sırf dekorativ xarakterə malikdirlər. 6,75-litrlik V12 turbomühərriki 24 karatlıq qızıl haşiyəsi və eyni qiymətli metaldan hazırlanmış xatirə lövhəsi olan ağ qapaqla örtülüb.
Rolls-Royce Phantom Centenary Private Collection sedanı 25 nüsxəlik tirajla istehsal olunacaq və həmişə olduğu kimi, eksklüziv nəşrin qiyməti açıqlanmayıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









