Rolls-Royce şirkəti Bespoke bölməsi tərəfindən yaradılmış unikal Spectre Soulmate kupesini təqdim edib. Unikal kupeyə sifariş birgə həyatları sözün əsl mənasında simvolizmlə dolu olan evli cütlük tərəfindən yerləşdirilib. Onlar üç gün fərqlə eyni xəstəxanada doğulublar və onların həyat yolunun başladığı tarix sürücü tərəfindəki havalandırma deflektoruna həkk olunub. Kupenin tavanı “ulduzlarla” bəzədilib və onların düzülüşü həmin gün Kuala Lumpurun səmasında olduğu kimidir. Cütlüyün adları kandar lövhələrində həkk olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müştərilərin qızının istəyi ilə kupenin kuzovunun aşağı hissəsi tünd-zümrüd Dark Emerald rənginə, yuxarı hissəsi isə, qara rəngə boyanıb. Əl ilə çəkilən coachline vurğu zolağı solğun çəhrayı Seashell rəngindədir. Həmişə olduğu kimi, texniki hissədə heç bir dəyişiklik yoxdur. Spectre modelinin güc aqreqatı 585 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Elektromobil sıfırdan 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və WLTP dövrünə əsasən 520 kilometr məsafə qət edir. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.