Skoda Enyaq elektrik krossoveri 2020-ci ilin payızında debüt edib və o vaxtdan bəri 250 mindən çox nüsxədə satılıb (Coupe versiyası da daxil olmaqla). Üstəlik, Almaniyada o, ikinci ən populyar Skoda modeli olub: məsələn, keçən il orada 25 min avtomobil satılıb və yalnız Octavia modelində geri qalır. İstehsal zamanı Enyaq bir neçə texniki yeniləməyə məruz qalıb, lakin onun dizaynı dəyişməyib. İndi isə, ənənəvi restaylinqin tam zamanıdır.

Skoda Enyaq

Skoda Enyaq krossoveri ən son Modern Solid korporativ üslubunda tərtibatı alıb ki, onun da əsas xüsusiyyəti ikimərtəbəli optikası və ön hissənin eni boyunca uzanan qara zolağı olan yenilənmiş Tech Deck Face üzüdür. Ön bamperin forması dəyişdirilib, detallar arasındakı boşluqlar azaldılıb və nəticədə bütün bunlar elektromobili bir qədər axarlı etməyə imkan verib: baza krossoverinin aerodinamik müqavimət əmsalı Cd 0,256-dan 0,245-ə qədər, Enyaq Coupe versiyasının isə, 0,234-dən 0,225-ə qədər aşağı salınıb.

Skoda Enyaq Coupe Sportline

Artıq LED fənərlər standart təchizata daxildir, opsiyalar arasında isə, nisbətən ucuz olsa da, matrisa optikası var: hər bir fara 36 seqmentdən ibarətdir. Təkər disklərinin dizaynı dəyişdirilib (minimum 19 düym), yeni kuzov rəngi - Olibo Green çaları peyda olub. Arxa tərəfin dizaynı toxunulmaz qalıb. Yeni ön hissə sayəsində Enyaq 9 millimetr daha uzun olub (4658 millimetr), baxmayaraq ki, Enyaq Coupe cəmi 5 millimetr (eyni 4658 millimetr) əldə edib. Sportline paketi saxlanılıb, o, qara tərtibat, avtomobilin rəngindəki kuzov dəstindən və 20 və ya 21 düymlük təkər disklərindən ibarətdir.

Olibo Green rəngi

Enyaq krossoveri Skoda loqotiplərini tamamilə itirib: həm burun, həm də sükan indi sadəcə olaraq brendin adını daşıyır. Əslində, sükan çarxının yeni topu interyerdə baş verən yeganə dəyişiklikdir. Lakin əlavə olaraq, standart avadanlıq siyahısı genişləndirilib (sükan və ön oturacaqların qızdırılması, həmçinin üçzonalı iqlimə nəzarət sistemi var), media sistemində isə, yeni funksiyalar və tətbiqlər peyda olub. Məsələn, əsas ekranda bütün isitmələri bir anda qoşan virtual düymə var ki, bu da qışda çox faydalı olacaq.

Skoda Enyaq

Aktiv təhlükəsizlik sistemləri və köməkçilərinin çeşidi də genişləndirilib. Məsələn, avtoparklayıcı artıq məsafədən smartfon vasitəsi ilə idarə oluna bilər, üstəlik o, parklama yerinə gedən yolun son 50 metrini yadda saxlaya və GPS koordinatlarından istifadə edərək lokasiyanı tanıyaraq hər dəfə park etdikdə onu yenidən oynada bilər.

Skoda Enyaq

Son texniki təkmilləşdirmə bir il əvvəl olub, ona görə də bu sahədə ciddi dəyişiklik yoxdur. Seçim olaraq arxa ötürməli Enyaq 60 (204 at qüvvəsi, 59 kilovat/saat) və Enyaq 85 (286 at qüvvəsi, 77 kilovat/saat) versiyaları, həmçinin iki mühərrikli tamötürməli Enyaq 85x (286 at qüvvəsi, 77 kilovat/saat) var. Lakin təkmilləşdirilmiş aerodinamika dolu batareya yürüş məsafəsini artırmağa imkan verib.

Skoda Enyaq

Məsələn, baza versiyasında bu göstərici WLTP dövrünə uyğun olaraq 401-dən 437 kilometrə qədər yüksəlib. Ən axarlı və uzunmənzilli modifikasiya olan Enyaq 85 Coupe isə, artıq 577 kilometr deyil, 596 kilometr qətedə bilər . Tamötürməli elektrik krossoveri indi WLTP dövrünə əsasən 549 kilometr məsafə qət edə bilir (kupe versiyası 558 kilometr məsafə qət edir). SC şarjın gücü də artırılıb: baza batareyası olan avtomobillər üçün 120-dən 165 kilovata qədər, böyük batareyalı versiyalar üçün isə, 135-dən 175 kilovata qədər (əvvəl belə gücə ikimühərrikli avtomobillər malik idi).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Restaylinq hələlik yalnız iki 340 at qüvvəli Skoda Enyaq RS top versiyasına təsir göstərməyib: bu krossover daha sonra yenilənəcək. Bütün digər variantlara sifarişlər artıq bu gündən başlayaq qəbul olunur. Avropada yeni siması olan Skoda Enyaq modelinin qiyməti 44 min avrodan başlayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.