2020-ci ildə Skoda Enyaq elektromobili MEB modul platformasında inşa edilən ilk krossover və Citigo iV sitikarından sonra, ikinci “batareyalı” Skoda avtomobili olub. İki ildən sonra model çeşidində kupe şəkilli modifikasiya peyda olub, 2023-cü ildə isə, texniki modernləşdirmə baş verib. İndi isə, planlaşdırılmış restaylinqin tam vaxtıdır və yeni dərc edilmiş firma eskizləri bunun xəbərçisidirlər.
Enyaq ən yeni Modern Solid korporativ üslubunda görünüşə malik olacaq. Bu üslubun əsas xüsusiyyəti - ikimərtəbəli optikası və ön tərəfin eni boyunca uzanan vahid zolaq olan dəyişdirilmiş Tech Deck Face “üzüdür”. Belə “üzə” artıq Skoda Elroq elektrik krossoveri malikdir.
Həmçinin qabaqcıl matrisa faralarının, tünd xrom bəzəyin və yeni Olibo yaşıl kuzovun rənginin peyda olacağı bəyan edilib. Eyni zamanda, yeni ön hissə krossoverin xarici görünüşünü təzələməklə yanaşı, onun aerodinamikasını da təkmilləşdirəcək – bu, yürüş mənzilinə müsbət təsir göstərməlidir.
Yeri gəlmişkən, kupe formalı versiya artıq Çexiya brendinin model çeşidindəki ən aerodinamik avtomobil hesab olunur.
Yəqin ki, texniki dəyişikliklər də olacaq, lakin onlar haqqında hələlik heç bir məlumat verilməyib. Hazırda Skoda Enyaq arxa (170 və ya 286 at qüvvəli) və tam ötürməli (286 və ya 340 at qüvvəli) versiyalarda təklif olunur, dartma batareyasının tutumu isə, 55 və ya 82 kilovat/saatdır.
Yenilənmiş Skoda Enyaq ailəsinin premyerası gələn il baş tutacaq, lakin bundan əvvəl, şirkət həmişə olduğu kimi, yeni tizerlərlə ictimaiyyətin marağını artırmağa davam edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.