Skoda yeni Epiq elektrik krossoverinin təbliğatına məsuliyyətlə yanaşıb. Eyni adlı konseptin təqdimatından bəri iki ildir ki, bu model haqqında tizerlər və öncədən məlumatlar bol şəkildə yayılmaqdadır. Bu, təəccüblü deyil, çünki Skoda şirkətinin PR komandasının fikrincə, yaxın illərdə Epiq modeli satışların drayveri olmalıdır. İndi isə, Skoda Epiq elektrik krossoveri rəsmi olaraq təqdim edilib.

Skoda Epiq modelinin görünüşü çoxdandır ki, sirr deyil. Krossoverin eksteryeri şirkətin yeni Modern Solid üslubunda dizayna malikdir. Kuzov forması, çıxıntılı yan tərəflər, işıqlandırma texnikasının mürəkkəb forması, hətta bamperlərdəki şaquli yarıqları olan "hasar" - bunların hamısı minimal dəyişikliklərlə konsept avtomobildən götürülüb.

Ön hissə Tech-Deck Face formatında tərtib edilib. Aerodinamik müqavimət əmsalı 0,275-dir. Skoda Epiq elektromobilinin ölçüləri olduqca yığcamdır: onun uzunluğu 4171, eni – 1798, hündürlüyü isə, 1581 millimetrdir. Təkər bazasının ölçüsü 2601 millimetr təşkil edir. Təkər disklərinin diametri 18 ilə 20 düym arasında dəyişir.

Seriya modelinin interyeri əsasən konsept və istehsalöncəsi modellərin interyerini təkrarlayır. Krossoverin standart təchizatına 5,3-düymlük rəqəmsal cihazlar paneli və mediasistemin 13-düymlük planşeti daxildir. İnteryer üçün, təkrar emal olunmuş materaillardan istifadə edilən üç tərtibat variantı mövcuddur: Studio, Loft və Techtona.

Elektrik krossoveri həmçinin ümumi həcmi 26 litr olan çoxsaylı bölmələr və saxlanc yerləri təklif edir. Əsas baqajın tutumu 475 litrdir, arxa oturacaqlar qatlandıqda isə, bu göstərici 1344 litrə qədər artır. Əlavə 25 litrlik bölmə ön tərəfdə yerləşir.

Əvvəlcə Skoda Epiq müştərilərə hər biri ön oxda quraşdırılmış yeganə elektrik mühərrikinə malik olan üç təchizat səviyyəsində təkif ediləcək – bu, büdcəyönümlü MEB+ platformasının konstruktiv xüsusiyyətidir.

Bu platforma artıq əlçatan Cupra Raval və Volkswagen ID. Polo elektromobillərinin əsasını təşkil edir. Epiq modelinin baza versiyası 116 at qüvvəsi və 267 Nm hasil edən elektrik mühərriki ilə təchiz olunur. 

Orta səviyyəli versiya eyni fırlanma anı və 135 at qüvvəsi ilə öyünə bilər. Hər iki versiya 38,5 kilovat/saatlıq litium-dəmir fosfat batareyası ilə təchiz olunur və 310 kilometr məsafə qət edir. 0-dan 100 km/saata qədər sürətlənmə müvafiq olaraq 11 və 9,8 saniyə çəkir. Maksimal sürət 150 km/saatdır.

Ən yüksək səviyyəli versiyanın elektrik mühərriki 211 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edir və 55 kilovat/saatlıq batareyaya malikdir. Elektromobilinin top versiyası 100 km/saata 7,1 saniyəyə sürətlənir, onun maksimal sürəti 160 km/saat, WLTP dövrünə uyğun olaraq qət etdiyi məsafə isə, 440 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Epiq elektrik krossoverini artıq Avropada sifariş etmək olar. Məsələn, Almaniyada ən yüksək səviyyəli versiyanın qiyməti 32.800 avrodan başlayır. Daha sonra isə, qiymətləri 26.000 avrodan başlayan  daha aşağı səviyyəli variantlar da sifariş üçün əlçatan olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.